Vəzifə öhdəlikləri:
- Yeni restoranların açılışı ilə bağlı konsepsiya mərhələsindən etibarən planlama aparmaq, açılış qrafikini tərtib etmək, bütün əməliyyat, texniki və inzibati proseslərin vaxtında və effektiv icrasını təmin etmək.
- Tikinti, təmir və texniki xidmətlə bağlı podratçı və subpodratçılarla əlaqələrin qurulması, texniki tapşırıqların verilməsi, işlərin keyfiyyətinə, büdcəyə və icra müddətlərinə nəzarət etmək.
- Restoranın gündəlik fəaliyyətinin fasiləsiz və səmərəli təşkil olunması, əməliyyat proseslərində yaranan problemlərin operativ həlli və xidmət standartlarının qorunmasının təmin edilməsi.
- Xərclərin planlanması, nəzarəti və optimallaşdırılması.
- Satınalma proseslərinin düzgün təşkili, təchizatçılarla əməkdaşlıq, anbar və inventar uçotunun aparılması, itkilərin qarşısının alınması və ehtiyat səviyyələrinin optimal saxlanılması.
- İşçi heyətinin düzgün formalaşdırılması, vəzifə bölgüsünün aparılması, iş qrafiklərinin hazırlanması, performansın qiymətləndirilməsi və motivasiya sisteminin tətbiqi.
- Restoran fəaliyyətini tənzimləyən daxili qayda və prosedurların hazırlanması, əməliyyat standartlarının tətbiqi və bütün filiallarda eyni səviyyədə icrasına nəzarət etmək.
- Satış göstəricilərinin təhlili, xidmət keyfiyyətinin yüksəldilməsi üçün tədbirlərin görülməsi, əməliyyat səmərəliliyinin artırılması və restoranın ümumi rentabelliyinin yüksəldilməsi.
- Müntəzəm əməliyyat, maliyyə və performans hesabatlarının hazırlanması, əldə olunan nəticələrin təhlili və qərarvermə üçün rəhbərliyə təqdim edilməsi.
Namizədə dair tələblər:
- Restoran / Operation Manager və ya oxşar rəhbər vəzifədə minimum 3–5 il iş təcrübəsi.
- Yeni restoran obyektlərinin açılışı, tikinti və ya təmir proseslərində praktiki iş təcrübəsi.
- Məsuliyyətlilik, stressə davamlılıq və nəticəyönümlü yanaşma.
- Güclü liderlik, təşkilatçılıq və ünsiyyət bacarıqları.
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
- Rus dili sərbəst, İngilis dili üstünlükdür.
Təminatlar:
- İş yeri: Bakı şəhəri.
- İş qrafiki: 6 günlük.
- Nahar şirkət tərəfindən qarşılanır.
- Korpoativ nömrə və telefon.
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə.
- Əmək haqqı: 2000 AZN + targetə əsasən bonus.
Uyğun namizədlər öz CV-lərini “Operation Manager” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.