Vəzifə öhdəlikləri:
- Operativ əməliyyatlarda birbaşa iştirak etmək və gündəlik iş proseslərinin fasiləsiz gedişatını təmin etmək;
- Direktor müavininin tapşırıqlarını dəqiq, keyfiyyətli və müəyyən olunmuş vaxt çərçivəsində yerinə yetirmək;
- Departamentlər və tərəfdaşlar arasında operativ əlaqələndirməni (koordinasiyanı) təşkil etmək;
- İcra olunan işlər və əməliyyatların gedişatı haqqında direktor müavininə müntəzəm hesabatlar təqdim etmək;
- İş prosesində yaranan operativ çətinlikləri və ləngimələri operativ şəkildə həll etmək;
- Əməliyyatlara dair lazımi sənədləşmə və dəstək işlərini həyata keçirmək.
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Menecment, Marketing və ya müvafiq sahələr üzrə);
- Təcrübə: Əməliyyatların idarə olunması, koordinasiya və ya operativ dəstək sahəsində min. 1-3 il iş təcrübəsi;
Bilik və Bacarıqlar:
- Operativ tapşırıqları sürətli və məsuliyyətlə icra etmək bacarığı;
- MS Office proqramları ilə sərbəst işləmək yetənəyi;
- Azərbaycan dili sərbəst (Rus/İngilis dili bilikləri arzulunandır);
- Şəxsi keyfiyyətlər: Yüksək cavabdehlik, çevik qərarvermə, ünsiyyət qurmaq bacarığı və dinamik iş mühitində işləmək həvəsi.
İş şəraiti:
- İş qrafiki: I–V günlər, 10:00 – 19:00
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən (müsahibə əsasında) təyin olunur ( 500 - 700 AZN )
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.