Əməliyyatlar üzrə Mütəxəssis

Əməliyyatlar üzrə Mütəxəssis

  • Deadline 13 November 2026

İş barədə məlumat

 

Vakansiya: Əməliyyatlar üzrə mütəxəssis

 

Vəzifə öhdəlikləri:

-Operativ əməliyyatlarda birbaşa iştirak etmək və gündəlik iş proseslərinin fasiləsiz gedişatını təmin etmək;

-Direktor müavininin tapşırıqlarını dəqiq, keyfiyyətli və müəyyən olunmuş vaxt çərçivəsində yerinə yetirmək;

-Departamentlər və tərəfdaşlar arasında operativ əlaqələndirməni (koordinasiyanı) təşkil etmək;

-İcra olunan işlər və əməliyyatların gedişatı haqqında direktor müavininə müntəzəm hesabatlar təqdim etmək;

-İş prosesində yaranan operativ çətinlikləri və ləngimələri operativ şəkildə həll etmək;

-Əməliyyatlara dair lazımi sənədləşmə və dəstək işlərini həyata keçirmək.

Namizədə olan tələblər:

Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Menecment, Marketing və ya müvafiq sahələr üzrə);

Təcrübə: Əməliyyatların idarə olunması, koordinasiya və ya operativ dəstək sahəsində min. 1-3 il iş təcrübəsi;

Bilik və Bacarıqlar:

Operativ tapşırıqları sürətli və məsuliyyətlə icra etmək bacarığı;

MS Office proqramları ilə sərbəst işləmək yetənəyi;

Azərbaycan dili sərbəst (Rus/İngilis dili bilikləri arzulunandır);

Şəxsi keyfiyyətlər: Yüksək cavabdehlik, çevik qərarvermə, ünsiyyət qurmaq bacarığı və dinamik iş mühitində işləmək həvəsi.

İş şəraiti:

İş qrafiki: I–V günlər, 10:00 – 19:00

Əmək haqqı: Namizədin bilik və təcrübəsinə əsasən (müsahibə əsasında) təyin olunur ( 500 - 700 AZN )

📧 Müraciət qaydası:

Tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] ünvanına, mövzu hissəsində "Əməliyyatlar üzrə mütəxəssis" qeyd edərək göndərmələri xahiş olunur.

Minvolt MMC

 

3 aktiv vakansiya

 

 

 

  • Daily99
  • Weekly314
  • Monthly1170