Xəzər rayonu üzrə şirkətin ofisinə mühasib-operator xanım tələb olunur!
Qeyd. Namizədə 1 həftəlik tədris planı keçiriləcək.
Vəzifə öhdəlikləri
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Aylıq xərc smetasının hazırlanmasına dəstək
- İnternet banking vasitəsilə ödənişlərin icrası və nəzarəti
- Qida məhsullarının dövriyyəsi üzrə müvafiq məlumatların və sənədlərin sistemə daxil edilməsi.
- Təhvil-təslim aktlarının düzgün tərtibinə nəzarət.
- Aylıq Təhtəl şəxslərlə olan hesablaşmalar üzrə hesabatların bağlanılmasının təşkili.
- Təhtəl tələblərinin sistemə daxil edilməsi.
- Qaimələrin proqrama işlənməsi.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və layiqincə yerinə yetirilməsi.
İş şəraiti
- 5 günlük iş həftəsi
- İş saatı: 09:00 dan-17:00 dək
- Nahar şirkət tərəfindən verilir, Əmək haqqı 1200 – 1400 azn.
- İşçi Azərbaycan Respublikası ƏM. qanunvericiliyinə əsasən rəsmi qeydiyyata alınır.
Namizədə tələblər
- Yaş: 25-35
- Mühasibatlıq, maliyyə, iqtisadi idarə etmə və əlaqəli sahələr üzrə ali təhsil.
- Kompüter bilikləri, MS Excel mütləq.
- 1C və ya 1C bazasında yaradılan yerli proqramlar arzu ediləndir.
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur (satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir)
- Müşahidə və analiz qabiliyyəti, məsuliyyətlilik, çeviklik, diqqətlilik və dəqiqlik
- Dil bilikləri; Azərbaycan dili səlist, İngilis dili əlavə üstünlükdür.
Tələblərə cavab verən namizədlər CV formalarının başlıq hisəssində “Operator Mühasib Köməkçisi” qeyd etməklə Müraciət Et düyməsində yerləşən elektron poçt ünvanına göndərə bilərlər.