Miras Miras
  • 670

Miras

Baş mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş mühasib

  • Истекает 16 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Gəncə şəhərində fəaliyyət göstərmək üçün peşəkar və təcrübəli Baş Mühasib axtarışındayıq.

Xahiş olunur, aşağıda qeyd olunan tələblərə cavab verən namizədlərdən yalnız Gəncə şəhərində və yaxın rayonlarda yaşayan şəxslər müraciət etsinlər.

Əsas vəzifə öhdəlikləri:

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və aparılması;
  • Vergi, maliyyə və statistik hesabatların hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
  • Vergi qanunvericiliyinin tələblərinə uyğun uçotun aparılmasına nəzarət;
  • Debitor və kreditor borclarının uçotunun və üzləşmələrin aparılması;
  • Bank əməliyyatlarının, ödənişlərin və hesablaşmaların icrasına nəzarət;
  • Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanmasına nəzarət;
  • Daxili və xarici audit yoxlamaları zamanı zəruri məlumatların hazırlanması;
  • Rəhbərliyə maliyyə hesabatlarının və analitik məlumatların təqdim edilməsi.

Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
  • İstehsal sahəsində minimum 5 il Baş Mühasib və ya analoji vəzifədə iş təcrübəsi;
  • 1C proqramında sərbəst işləmək bacarığı;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu üzrə normativ aktlar barədə dərin biliklər;
  • PMS sertifikatı 
  • ACCA üzrə hər hansı sertifikatın olması üstünlükdür;
  • Rus dili biliyi arzuolunandır;
  • Gəncə şəhərində yaşaması mütləqdir.

Şəxsi keyfiyyətlər:

  • Yüksək etik davranış standartlarına, dürüstlük və məxfilik prinsiplərinə sadiqlik;
  • Yüksək məsuliyyət hissi və nəticəyönümlülük;
  • Güclü analitik və strateji düşünmə bacarığı;
  • Komandanın effektiv idarə olunması, liderlik və qərarvermə bacarığı;
  • Dəqiqlik, operativlik və detallara diqqət;
  • Güclü ünsiyyət, təqdimat və koordinasiya bacarıqları;
  • Gərgin iş rejimində və qısa müddətlərdə effektiv işləmək bacarığı;
  • Təşəbbüskarlıq və problemlərin həllinə sistemli yanaşma.

Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib (Gəncə)” qeyd etməklə Müraciət et düyməsind əqeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily142
  • Weekly309
  • Monthly1754