Gəncə şəhərində fəaliyyət göstərmək üçün peşəkar və təcrübəli Baş Mühasib axtarışındayıq.
Əsas vəzifə öhdəlikləri:
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkili və aparılması;
- Vergi, maliyyə və statistik hesabatların hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
- Vergi qanunvericiliyinin tələblərinə uyğun uçotun aparılmasına nəzarət;
- Debitor və kreditor borclarının uçotunun və üzləşmələrin aparılması;
- Bank əməliyyatlarının, ödənişlərin və hesablaşmaların icrasına nəzarət;
- Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanmasına nəzarət;
- Daxili və xarici audit yoxlamaları zamanı zəruri məlumatların hazırlanması;
- Rəhbərliyə maliyyə hesabatlarının və analitik məlumatların təqdim edilməsi.
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
- İstehsal sahəsində minimum 5 il Baş Mühasib və ya analoji vəzifədə iş təcrübəsi;
- 1C proqramında sərbəst işləmək bacarığı;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu üzrə normativ aktlar barədə dərin biliklər;
- PMS sertifikatı
- ACCA üzrə hər hansı sertifikatın olması üstünlükdür;
- Rus dili biliyi arzuolunandır;
- Gəncə şəhərində yaşaması mütləqdir.
Şəxsi keyfiyyətlər:
- Analitik düşüncə;
- Yüksək məsuliyyətlilik;
- Liderlik və komanda idarəetmə bacarığı;
- Dəqiqlik və operativlik.
Tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib (Gəncə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.