Əsas vəzifə öhdəlikləri:
- Ofisin və iş mühitinin fasiləsiz fəaliyyətinin təmin edilməsi;
- Ofisin təmir, texniki xidmət və kommunal təminatının təşkil edilməsi;
- Təmizlik, iaşə və ümumi xidmət heyətinin işinin təşkili və koordinasiyası;
- Ezamiyyə, viza, yerləşmə və səfər logistikasının təşkili;
- Qonaqların və xarici nümayəndə heyətlərinin qəbulunun təşkili;
- Nəqliyyat vasitələrinin, sürücülərin və yanacaq təminatının koordinasiyası;
- İlkin texniki dəstək müraciətlərinin əlaqələndirilməsi;
- Xidmət təminatçılarının və inzibati müqavilələrin koordinasiyası;
- Kuryer və göndəriş xidmətlərinin təşkili;
- Arxiv işlərinin təşkili və sənədlərin sistemləşdirilməsi;
- Korporativ tədbirlərin, sərgi və nümayəndəlik fəaliyyətlərinin inzibati-logistik təminatının təşkili;
- İnzibati büdcənin və xərclərin təşkili;
- Təhlükəsizliyin, fəaliyyətin davamlılığının və fövqəladə hallara hazırlığın təmin edilməsinin təşkili;
- İnzibati proseslərin optimallaşdırılması və iş mühitinin səmərəliliyinin artırılması üzrə təkliflərin verilməsi.
Səriştə və kvalifikasiya tələbləri:
Təhsil: Ali təhsil.
Təcrübə: Ofis inzibatçılığı, viza və səfərlərin təşkili, logistika və ya əlaqəli sahələr üzrə iş təcrübəsi.
Bilik və bacarıqlar:
- İnzibati proseslərin təşkili və koordinasiyası;
- Logistika və təchizat proseslərinin koordinasiyası;
- Xidmət təminatçıları və inzibati müqavilələrlə iş;
- Ezamiyyə, səfər və qonaq qəbulunun təşkili;
- Büdcə və inzibati xərclərin idarə olunması;
- Əməyin mühafizəsi, təhlükəsizlik və işgüzar protokol üzrə biliklər;
- MS Office proqramlarında işləmək bacarığı.
Şəxsi keyfiyyətlər:
- Hesabatlılıq və məsuliyyətlilik;
- Operativlik və detallara diqqət;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Planlaşdırma və təşkilatçılıq;
- Təşəbbüskarlıq və problem həlletmə;
- Koordinasiya və komanda ilə işləmək bacarığı;
- Stressə davamlılıq və çeviklik;
- Keyfiyyət fokusluluq və işgüzarlıq.
Dil bilikləri:
- Azərbaycan dili – səlis;
- Rus dili – yazılı və şifahi peşəkar səviyyədə;
- İngilis dili – yazılı və şifahi peşəkar səviyyədə.
İş yeri və əmək şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 5 günlük iş həftəsi (tam ştat);
- İş şəraiti: Ofis mühiti, normal əmək şəraiti;
- Ezamiyyət: Tələb olunduqda.
Əmək haqqı və təminatlar:
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq rəqabətədavamlı səviyyədə müəyyən ediləcək;
- Əlavə inkişaf imkanları təqdim olunur.
CV-lərinizi mövzu hissəsində “İnzibati işlər üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.