M Miras
  • 677

Miras

Other

Satınalma mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma mütəxəssisi

  • Deadline 2 October 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Miras şirkəti olaraq peşəkar komandamızı gücləndirmək məqsədilə hazırda satınalma sahəsində təcrübəli və analitik düşüncəyə malik Satınalma mütəxəssisi axtarışındayıq. Əgər siz satınalma proseslərinin idarə olunması, bazar araşdırmaları aparmaq və qanunvericilik tələblərinə uyğun işləmək üzrə yüksək bilik və bacarıqlara sahibsinizsə, komandamıza qoşularaq strateji layihələrimizin uğuruna töhfə verməyə dəvət edirik.

Əsas vəzifə öhdəlikləri:

  • Dövlət vəsaiti hesabına malların, işlərin və xidmətlərin satın alınmasında iqtisadi səmərəliliyin artırılması üçün təkliflər hazırlamaq, rəhbərliyə təqdim etmək və həyata keçirilməsini izləmək;
  • Satınalma prosesində şəffaflığın və rəqabətliliyin təmin olunması, qanunvericilik və daxili normativ sənədlərə uyğun icranın təşkili;
  • Satınalmalarla bağlı daxil olan məktub, ərizə, şikayət və təkliflərin qəbul edilməsi, hüquqi və prosedur qaydalarına uyğun olaraq baxılması və cavablandırılmasını təmin etmək;
  • Şirkətin illik və dövri satınalma planlarını hazırlamaq, təsdiq üçün təqdim etmək və icrasına nəzarət etmək;
  • Şöbələrin tələbatını öyrənmək (nəqliyyat vasitələri, dəftərxana ləvazimatları, mebel, kompüter və digər avadanlıqlar və s.) və onların vaxtında və keyfiyyətli şəkildə təchiz olunmasını təmin etmək;
  • Satınalma proseslərində bazar araşdırmaları aparmaq, qiymət təkliflərini toplamaq, müqayisəli təhlil etmək və ən əlverişli variantı rəhbərliyə təqdim etmək;
  • Tender və kotirovka prosedurlarının təşkili və həyata keçirilməsinə nəzarət etmək;
  • Əsas vəsaitlərin, inventarların, təsərrüfat mallarının və digər avadanlıqların alınmasını təşkil etmək, uçotunu aparmaq və onların düzgün idarə edilməsinə nəzarət etmək;
  • Təchizatçılar və podratçılarla danışıqlar aparmaq, müqavilə layihələrini hazırlamaq, müqavilələrin bağlanmasını təmin etmək və icrasına nəzarət etmək;
  • Azqiymətli və tez köhnələn əşyaların hərəkətini izləmək, inventarizasiyanın aparılmasını təşkil etmək və nəticələrini mühasibat uçotunda əks etdirmək;
  • Satınalma fəaliyyəti ilə bağlı daxili audit və nəzarət mexanizmlərinə uyğunluğu təmin etmək;
  • Satınalmalar üzrə aparılan işlər barədə rüblük və illik hesabatlar hazırlamaq, rəhbərliyə və aidiyyəti dövlət qurumlarına təqdim etmək;
  • Təchizat bazarında qiymət dəyişikliklərini izləmək, bazar tendensiyaları əsasında proqnozlar hazırlamaq və rəhbərliyə təkliflər vermək;
  • Satınalma proseslərinin optimallaşdırılması, resursların səmərəli istifadəsi və xərclərin azaldılması ilə bağlı təkliflər irəli sürmək;
  • Təchizatçılarla uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və keyfiyyətə nəzarətin təmin edilməsi.

Səriştə və kvalifikasiya tələbləri:

Təhsil: Ali təhsil (iqtisadiyyat və idarəetmə ixtisasları qrupu).
Təcrübə: Sahə üzrə minimum 3 il iş təcrübəsi.

Bilik və bacarıqlar:

  • İnventarizasiya qaydaları;
  • Yeni maddi vəsaitlərin balansa qəbulu və silinməsi qaydaları;
  • Bazar və qiymət araşdırmaları metodları;
  • Dövlət Satınalmaları üzrə prosedurlar.

Şəxsi keyfiyyətlər:

  • Hesabatlılıq və analitik təhlil;
  • Operativlik və detallara diqqət;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Planlaşdırma və təşkilatçılıq;
  • Təşəbbüskarlıq və problem həlletmə;
  • Konfliktlərin idarəolunması;
  • Keyfiyyət fokusluluq və dürüstlük;
  • Proqnozlaşdırma və qərarvermə bacarığı.

Dil bilikləri:

  • Azərbaycan dili – səlis;
  • Rus dili – yazılı və şifahi peşəkar səviyyədə;
  • İngilis dili – biliklər üstünlükdür.

İş yeri və əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 5 günlük iş həftəsi (tam ştat);
  • İş şəraiti: Ofis mühiti, normal əmək şəraiti;
  • Ezamiyyət: Tələb olunduqda.

Əmək haqqı və təminatlar:

  • Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq rəqabətədavamlı səviyyədə müəyyən ediləcək;
  • Əlavə inkişaf imkanları təqdim olunur.

Komandamıza qoşularaq əldə edəcəyiniz imkanlar:

  • Peşəkar və dinamik iş mühiti;
  • Davamlı təlim və peşəkar inkişaf perspektivləri;
  • Korporativ idarəetmə və şəffaflığa əsaslanan iş mühiti.

Müraciət üçün: CV-lərinizi mövzu hissəsində “Satınalma mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily7
  • Weekly616
  • Monthly2478