Miras şirkəti olaraq texniki komandanı gücləndirmək və istehsal-təmir proseslərimizin effektivliyini artırmaq məqsədilə müxtəlif texniki sahələr üzrə gənc peşəkar kadrların axtarışındayıq. Əgər mexanika, elektrik, hidravlika və ya texniki idarəetmə sahəsində bilik və təcrübəyə sahibsinizsə, komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifə öhdəlikləri:
- Mexaniki, elektrik və ya hidravlik sistemlər üzrə diaqnostika, təmir və texniki xidmətlərin icrası
- Müxtəlif sənaye və xüsusi təyinatlı avadanlıqların sazlanması və texniki baxışının aparılması
- Nasazlıqların təhlili və operativ şəkildə aradan qaldırılması
- Avadanlıqların təhlükəsiz işini təmin etmək üçün profilaktik texniki xidmət işlərinin təşkili
- Texniki sənədlərin, sxemlərin və əməliyyat təlimatlarının tələblərinə uyğun işləmək
- Komanda ilə qarşılıqlı əlaqədə işləmək, işin koordinasiyasını təmin etmək
- Tələb olunduqda ezamiyyələrdə iştirak etmək və təlimlərdən sonra əldə olunan bilikləri tətbiq etmək
- Rəhbərliyə texniki hesabatların təqdim edilməsi
Səriştə və kvalifikasiya tələbləri:
Təhsil:
- Texniki ixtisas üzrə orta-ixtisas və ya ali təhsil (Mexanika, elektrik, hidravlika, avtomatika və s.)
Təcrübə:
- Aidiyyəti texniki sahə üzrə minimum 1–3 il iş təcrübəsi
- Sənaye və ya texniki avadanlıqlarla iş təcrübəsi üstünlükdür
Bilik və bacarıqlar:
- Texniki diaqnostika və təmir üzrə praktiki bacarıqlar
- Elektrik, mexaniki və hidravlik sxemləri oxumaq və tətbiq etmək bacarığı
- Texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək
- Komanda ilə işləmə bacarığı və məsuliyyət
- İngilis dili biliyi (ən azı baza səviyyəsi)
- Ezamiyyət üçün yararlılıq
Dil bilikləri:
- Azərbaycan dili – səlis
- İngilis dili – baza və ya texniki səviyyə (tələb olunur)
- Rus dili – baza və ya texniki səviyyə (tələb olunur)
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətli, dəqiq və intizamlı olmaq
- Texniki problemləri həll etmək bacarığı
- Operativlik və təşəbbüskarlıq
- Komanda işi və koordinasiya bacarığı
- Öyrənməyə və inkişaf etməyə açıq olmaq
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş qrafiki: 5 günlük iş həftəsi (tam ştat)
- Ofis və istehsalat mühiti
- Ezamiyyət: Tələb olunduqda (xarici və daxili)
- Nahar: Şirkət tərəfindən təmin edilir
- Daşınma: Şirkət tərəfindən təmin edilir
Əmək haqqı və təminatlar:
- Əmək haqqı müsahibə zamanı namizədin bilik və təcrübəsinə uyğun müəyyən olunur
- Peşəkar inkişaf və yüksəliş imkanları
- Təlimlərdə iştirak və texniki bacarıqların artırılması imkanı
- Korporativ və şəffaf idarəetmə mühiti
Müraciət üçün:
CV-lərinizi mövzu hissəsində müvafiq vəzifəni (“Mexanik”, “Elektrik”, “Hidravlik”) qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.