Vəzifə öhdəlikləri:
- İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
- Bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
- SƏTƏMM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
- İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- Yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
- SƏTƏMM müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Tələblər:
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya aidiyyəti sahə üzrə ali təhsil;
- SƏTƏMM sahəsində minimum 3 il iş təcrübəsi;
- Əməyin mühafizəsi üzrə normativ hüquqi aktları və beynəlxalq standartları bilmək;
- Təhlükəsizlik qaydaları, təlimatların hazırlanması və profilaktik tədbirlərin planlaşdırılması sahəsində praktiki biliklər;
- Təqdimat keçirmək və təlim aparmaq bacarığı;
- Güclü müşahidə və analiz etmə qabiliyyəti;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Qeyd:
- Əməkdaş həftə içi iki tam gün olmaqla iki istehsal müəssisəsində fəaliyyət göstərəcək.
İş şəraiti:
- İş yeri: Bakı, Binəqədi ray. və Sumqayıt kimya sənaye parkı
- İş qrafiki həftə içi: 2 gün (09:00-18:00)
- Nahar təminatı və mobil xərclər şirkət tərəfindən qarşılanır.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “SƏTƏMM üzrə mütəxəssis” adını mövzu hissədə qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.