Namizədə tələblər:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, mühasibat uçotu, audit, idarəetmə və ya əlaqəli sahələr üzrə);
- Kompüter bilikləri: MS Office (Excel yaxşı səviyyədə bilmək)
- Audit sahəsində iş təcrübəsi;
- Şəxsi nəqliyyat vasitəsinin olması
- Ezamiyyətlərdə iştirak etmək imkanı.
- Anbar və satış proses və prosedurlarından məlumatlı olmaq
- Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf;
Əsas vəzifə və öhdəliklər:
- Təyin olunmuş planı və proqramı əsasında daxili təftiş yoxlamalarının həyata keçirilməsi;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə prosedurların effektivliyinin yoxlanılması;
- Sahə işində aparılmış təhlillər və müsahibələr üzrə yazılı iş sənədinin hazırlanılması;
- Məhsul çeşidləri üzrə rəfdə Planogram standardlarının tətbiqinin yoxlanması;
- Günlük plan üzrə təftiş prosesinin təşkili və həyata keçirilməsi;
- Satış nöqtələrində məhsulların rəfdə mövcudluğunun, qiymətlərin düzgünlüyünün və rəf payının yoxlanması;
- Şirkətin aylıq, rüblük və illik hesabatlarının yoxlanılması;
İş şəraiti:
- İş yeri: Bakı şəh. Binəqədi ray.
- İş qrafiki həftə içi 5 gün (09:00-18:00)
- Amartizasiya, yanacaq və mobil xərclər şirkət tərəfindən qarşılanır.
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Təftiş üzrə mütəxəssis” adını mövzu hissədə qeyd etməklə CV formalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.