MixPro komandası böyüyür!
Xaricdə təhsil sahəsində təcrübəniz varsa, xüsusilə Avropa ölkələrində universitetə qəbul proseslərinə və tələbə müraciətlərinə hakimsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Tələbələrin Avropa ölkələrində universitetlərə qəbul prosesinin idarə olunması;
- Universitet və təhsil müəssisələri ilə yazışmaların və əlaqələrin aparılması;
- Tələbələrə ixtisas, universitet və ölkə seçimi üzrə konsultasiya verilməsi;
- Qəbul şərtləri, sənədlər, deadline-lar və müraciət prosedurlarının izlənilməsi;
- Universitetlərə müraciətlərin hazırlanması və təqdim edilməsi;
- Offer letter, admission və digər qəbul sənədləri ilə iş;
- Tələbələrin müraciət prosesinin ilkin mərhələdən qəbuladək koordinasiyası;
- Avropa universitetləri və qəbul tələbləri üzrə araşdırmaların aparılması;
- Mövcud tərəfdaş universitetlərlə işin koordinasiyası və yeni universitetlərin araşdırılması;
- Tələbə bazasının və müraciət statuslarının mütəmadi yenilənməsi.
Namizədə tələblər:
- Xaricdə təhsil sahəsində praktiki iş təcrübəsi;
- Xüsusilə Avropa ölkələrində bakalavr və magistr qəbul prosesləri haqqında yaxşı bilik;
- Universitetlərin qəbul tələbləri, sənədləşmə və müraciət prosedurlarını bilməsi;
- Tələbə müraciətlərini müstəqil şəkildə idarə edə bilmək;
- Universitetlərlə peşəkar yazışma və kommunikasiya bacarığı;
- İngilis dili – yaxşı səviyyədə (yazılı və şifahi);
- MS Office və onlayn platformalarla işləmək bacarığı;
- Məsuliyyətli, sistemli və detallara diqqətli olmaq;
- Tələbə ilə düzgün kommunikasiya qurmaq və prosesin idarə edilməsinə nəzarət etmək.
Üstünlük hesab olunur:
- Avropa universitetləri ilə birbaşa iş təcrübəsi;
- UCAS və ya digər Avropa universitet müraciət platformaları ilə tanışlıq;
- Avropa ölkələri üzrə qəbul proseslərində praktiki təcrübə;
- Bir neçə ölkə və təhsil sistemi üzrə işləmə təcrübəsi.
Biz təklif edirik:
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Xarici universitetlərlə birbaşa əməkdaşlıq imkanları;
- Karyera və peşəkar inkişaf perspektivi;
- Əmək haqqı və digər şərtlər müsahibə əsasında müəyyən edilir.
CV-lərinizi mövzu hissəsində “Xaricdə Təhsil Mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.