Vəzifə öhdəlikləri:
- Potensial müştərilərin cəlb edilməsi və kredit məhsulları haqqında məlumatlandırılması;
- Müştərilərin kredit müraciətlərinin qəbulu və sənədlərin düzgünlüyünün yoxlanılması;
- Müştərinin kredit ödəmə qabiliyyətinin təhlili (gəlir, xərclər, kredit tarixçəsi və s.);
- Kredit risklərinin qiymətləndirilməsi və rəyin hazırlanması;
- Kredit müqavilələrinin bağlanmasında iştirak və müştəriyə şərtlərin izahı;
- Verilmiş kreditlərin monitorinqi və vaxtında ödənişlərin izlənilməsi;
- Gecikmədə olan kreditlər üzrə müştərilərlə əlaqə saxlanılması;
- Daxili qaydalara, Mərkəzi Bankın və qanunvericiliyin tələblərinə riayət edilməsi;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil;
- Müvafiq sahə üzrə BOKT-da iş təcrübəsi mütləqdir;
- Bank və ya BOKT-da kredit mütəxəssisi kimi işləyən bəy namizədlərə üstünlük verilir;
- Analitik düşüncə, riyazi təfəkkür, effektiv ünsiyyət və komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür.
İş barədə məlumat:
- Əmək haqqı: Müsahibə əsasında (400-600 AZN fix + aylıq mükafat)
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 6 günlük iş qrafiki
Uyğun namizədlər CV-lərini “Kredit mütəxəssisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.