Mühasibatlıq şöbəsinin müdiri

  • Истекает 5 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Mühasibatlıq şöbəsinin fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və tapşırıqların vaxtında icrasına nəzarət etmək;
  • Şirkətin maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün, tam və vaxtında əks etdirilməsini təmin etmək;
  • İlkin mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsinə, yoxlanılmasına, sistemləşdirilməsinə və saxlanılmasına nəzarət etmək;
  • Bank və kassa əməliyyatlarının uçotuna, ödəniş sənədlərinin düzgünlüyünə və hesablaşmaların vaxtında aparılmasına nəzarət etmək;
  • Debitor və kreditor borclarının uçotunu, kontragentlərlə qarşılıqlı hesablaşmaların və bank qalıqlarının üzləşdirilməsini təmin etmək;
  • Əməkhaqqı, məzuniyyət, müavinət, mükafat və digər ödənişlərin, həmçinin müvafiq vergi və sığorta öhdəliklərinin düzgün hesablanmasına nəzarət etmək;
  • Gəlir və xərclərin aid olduğu hesabat dövründə düzgün tanınmasını, gələcək dövr xərclərinin və hesablanmış öhdəliklərin uçotunu təmin etmək;
  • Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və mal-material ehtiyatlarının uçotuna, amortizasiyanın hesablanmasına və inventarizasiya nəticələrinin rəsmiləşdirilməsinə nəzarət etmək;
  • Kredit və cəlb edilmiş vəsaitlər üzrə əməliyyatların, faizlərin, komissiyaların və müvafiq ehtiyatların mühasibat uçotunda düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Aylıq, rüblük və illik hesabat dövrlərinin bağlanmasını təşkil etmək, hesab qalıqlarını yoxlamaq və zəruri düzəlişlərin aparılmasını təmin etmək;
  • Statistika hesabatlarının hazırlanmasına və vaxtında təqdim edilməsinə, vergi və digər məcburi ödənişlərin icrasına nəzarət etmək;
  • Rəhbərlik üçün mühasibat məlumatları və müqayisəli xərc hesabatları hazırlamaq, aşkar edilmiş əhəmiyyətli uyğunsuzluqlar barədə məlumat vermək;
  • Audit yoxlamaları üçün tələb olunan sənəd və məlumatları təqdim etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
  • Gəlirlərin tam, düzgün və vaxtında uçota alınmasını, gəlir və xərclərin aid olduğu hesabat dövründə tanınmasını, gələcək dövr xərclərinin və hesablanmış öhdəliklərin düzgün uçotunu təmin etmək;
  • Xərclərin təsdiq edilmiş büdcə və müəyyən olunmuş limitlərə uyğunluğuna nəzarət etmək, kənarlaşmaları təhlil etmək, əsassız və səmərəsiz xərclərin qarşısının alınması və xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq.
  • Mühasibat proseslərinin, uçot proqramlarının və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsində iştirak etmək.

Tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahədə ən azı 5-7 il iş təcrübəsi; bank və ya BOKT sahəsində təcrübə üstünlükdür;
  • Peşəkar Mühasib Sertifikatının (PMS) olması üstünlükdür;
  • 1C 8.3 proqramını yüksək səviyyədə bilmək;
  • MS Office proqramları, xüsusilə Excel üzrə yüksək səviyyədə bilik;
  • Vergi qanunvericiliyi, mühasibat uçotu və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər;
  • Kredit əməliyyatlarının uçotu və portfel məlumatlarının üzləşdirilməsi üzrə bilik və bacarıqlar;
  • Elektron hesabat portallarında işləmək bacarığı;
  • Analitik düşüncə, dəqiqlik, məsuliyyət və komandanın işini təşkil etmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl bilmək; rus dili biliyi üstünlükdür.

İş barədə məlumat:

  • Əməkhaqqı: 2 000 AZN-dən başlayaraq;
  • İş yeri: Bakı şəhəri, Aşıq Molla Cümə küçəsi;
  • İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00–18:00;
  • Komfortlu ofis şəraiti, müasir idarəetmə sistemi və mehriban komanda.

CV-nizi mövzu hissəsində “Mühasibatlıq şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily81
  • Weekly448
  • Monthly449