Vəzifə öhdəlikləri:
- Şirkətin sosial media hesabları (Facebook, Instagram, LinkedIn, TikTok və s.) üçün kreativ və cəlbedici kontentin hazırlanması;
- Foto, video və Reels/TikTok formatında kontentlərin ideyalaşdırılması və çəkiliş prosesində iştirak;
- Sosial media paylaşımları üçün mətnlərin (caption) hazırlanması;
- Kontentin hazırlanması və montajı üçün Canva, CapCut və ya digər proqramlardan istifadə;
- Sosial media trendlərini izləmək və trendlərə uyğun kontent ideyaları təqdim etmək;
- Brendin imicinə uyğun vizual və mətn kontentinin yaradılmasında marketinq komandası ilə əməkdaşlıq;
- Hazırlanan kontentin performansının izlənilməsi və nəticələrə əsasən yeni ideyaların təklif edilməsi.
Tələblər:
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Jurnalistika və ya əlaqəli sahələr üzrə);
- SMM və ya rəqəmsal marketinq sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır;
- Canva, CapCut, Photoshop və ya analoji proqramlarda işləmək bacarığı üstünlükdür;
- Kreativ düşüncə, trendləri izləmək və yeniliklərə açıq olmaq;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dili biliyi üstünlükdür.
İş barədə məlumat:
- Əmək haqqı: 600 AZN +mükafat
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 5 günlük iş qrafiki: I-V-ci günlər 09:00-18:00
CV-lərinizi “SMM_Kontent kreator” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır