İş barədə məlumat:
- Mağazaya daxil olan müştəriləri aktiv qarşılamaq və ehtiyacına uyğun düzgün smartfonu/aksesuarı təklif etmək;
- Mağazanın hazırda mövcud olan müştəri bazası ilə aktiv işləmək, onlarla zəng və ya WhatsApp vasitəsilə əlaqə saxlayıb təkrar satışlar etmək;
- Satış planını və şirkətin hədəflərini maksimum yerinə yetirmək;
- Məhsullar haqqında texniki məlumatları mükəmməl bilmək və müştəriyə düzgün ötürmək.
Namizədə dair tələblər:
- Xanım namizədlər;
- Təcrübə: Mobil telefon və ya elektronika satışı sahəsində ən azı 2-3 il real iş təcrübəsi mütləqdir;
- Xarakter: Yüksək enerjili, potensiallı, aktiv, qətiyyən utancaq olmayan və müştəri ilə anında bağ qura bilən;
- Bacarıq: Satış psixologiyasını bilən, etirazlarla işləməyi bacaran və mağazaya girən müştərini satışı bağlamadan yola salmayan ("ilanı yuvasından çıxaran" satış bacarığı).
- Ünsiyyətcil, təşəbbüskar;
- Komandada işləmək bacarığı;
- Müştərilərlə işləmək qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Tapşırıqların vaxtında, dəqiq yerinə yetirilməsi;
Diqqət: Bu elan yalnız YÜKSƏK QAZANC əldə etmək istəyən, daxili potensialına güvənən və peşəkar kadrlar üçündür. Satış edib çox qazanmaq iddiası olmayan namizədlərin müraciət etməməsi xahiş olunur.
İş haqqında məlumat:
- İş saatları: 10:00-20:00
- Şərtlər: Əmək haqqı: Fix maaş + Satışdan yüksək Faiz/Bonus (Performansa uyğun olaraq yüksək qazanc imkanı);
CV formanızı şəkil əlavə etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiz (mövzu hissəsinə Satış meneceri qeyd etməyiniz xahiş olunur)
Əlaqə: 050 299 05 18