Vəzifə öhdəlikləri:
- Gündəlik bazar araşdırılmasının aparılması;
- Satış qiymətlərini müəyyən etmək üçün rəqabətin və tələb və təklifin qiymətləndirilməsi;
- Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi;
- Şirkətin marketinq planının hazırlanması prosesinə tövsiyyələrini vermək;
- Dövrü (aylıq və rüblük) hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Yeni müştərilərin və biznes tərəfdaşlarının aktiv axtarışı və cəlb edilməsi;
- Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulması, məhsullar haqqında ətraflı məlumatların təqdim edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Sizdən nə tələb olunur?
- Ali təhsil (marketinq, iqtisadiyyat, menecment üzrə);
- Logistika sahəsi və gömrük təmsilçiliyi üzrə biliklərinin olması ciddi üstünlükdür;
- Satış üzrə minimum 1 il iş təcrübəsi;
- Korporativ satış üzrə təcrübə olması üstünlükdür;
- Dil bilikiləri : Azərbaycan dili – səlis, Rus dili və ya İngilis dilinin olması üstünlükdür;
- Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq bacarıqları;
- Məsuliyyətlilik, analitik düşüncə tərzi;
- Task menecment və CRM sistemi ilə işləmə bacarığı;
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Korporativ nömrə ilə təmin edilmə
- 5 günlük iş qrafiki (09:00-18:00)
- Əməkhaqqı: müsahibə əsasında müəyyənləşdiriləcək ( satışdan bonuslar)
- Ünvan – Əhməd Rəcəbli 27B
Müraciət üçün elektron poçt ünvanına “Satış mütəxəssisi” başlığı ilə CV-lərinizi göndərə bilərsiniz, axtardığımız kadr üzrə təcrübə dedikdə satıcı vakansiyası üzrə təcrübəli şəxslər nəzərdə tutulmur.