Vəzifə öhdəlikləri
- Fit-out və daxili təmir-tikinti layihələrinin idarə olunması;
- Layihələrin təsdiq edilmiş qrafik və büdcəyə uyğun icrasına nəzarət;
- Tikinti və təmir işlərinin keyfiyyətinə nəzarət;
- Podratçı və subpodratçı şirkətlərlə koordinasiya;
- Layihə çertyojlarının və texniki sənədlərin yoxlanılması;
- Material və avadanlıqların sifariş və təchizat prosesinin təşkili;
- İşlərin texniki normalara və təhlükəsizlik qaydalarına uyğun aparılmasının təmin edilməsi;
- Görülən işlər üzrə hesabatların hazırlanması;
- Sifarişçi, layihəçi və digər aidiyyəti şəxslərlə koordinasiyanın təmin edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- Fit-out, tikinti və ya təmir layihələrinin idarə edilməsində minimum 5 il iş təcrübəsi;
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
- Tikinti materialları və daxili tamamlama işləri üzrə biliklər;
- Layihə idarəetməsi və komanda koordinasiyası bacarığı;
- Problemləri operativ həll etmək və qərarvermə qabiliyyəti;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Azərbaycan dili biliyi, rus və ingilis dili biliyi üstünlükdür.
İş şəraiti
- İş yeri- Ələt
- 6 günlük iş qrafiki
- Servis və nahar ilə təmin edilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.