Vəzifə öhdəlikləri:
- Tikinti layihələrinin ətraf mühitə uyğun şəkildə həyata keçirilməsi üçün Azərbaycan Respublikasının ekologiya və ətraf mühitin mühafizəsi üzrə qanun və normativ-hüquqi aktlara əməl olunmasına nəzarət etmək;
- Tikinti sahəsində ekoloji tarazlıq, torpaq, hava və su ehtiyatlarının qorunması üzrə nəzarət tədbirlərinin icrası;
- Layihə ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması, risklərin azaldılması və ətraf mühitə təsirlərin minimuma endirilməsi üçün tədbirlərin hazırlanması və tətbiqi;
- Tikinti prosesinin müxtəlif mərhələlərində ekoloji monitorinqlərin aparılması, nəticələrin analiz edilməsi və zəruri hallarda korrektiv tədbirlərin müəyyən edilməsi;
- Ekoloji sənədləşmə, icazələr və hesabatların hazırlanması;
Şirkət əməkdaşlarının ekoloji tələblər və təhlükəsizlik üzrə təlimləndirilməsi.
Tələb olunan biliklər:
- Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi (xüsusən tikinti və sənaye layihələri ilə bağlı tələblər);
- Ekoloji normativ sənədlərin hazırlanması və tətbiqi;
- Tikinti obyektlərində ekoloji statistikanın və monitorinq məlumatlarının aparılması;
- Beynəlxalq ekoloji standartlar (ISO 14001, LEED. BREAM və s. tipli standartların və s.);
- Tullantıların idarə olunması sistemi və tikinti tullantılarının düzgün yönləndirilməsi üzrə biliklər.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsilə üstünlük verilir;
- Tikinti və ya sənaye layihələrində minimum 2 il iş təcrübəsi;
- İngilis dili biliyi mütləq;
- MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Tikinti sektorunda ekoloji və təhlükəsizlik üzrə yerli və beynəlxalq sertifikatların olması üstünlükdür.
İş şəraiti
- Ünvan Qış parkinin yaxinliği
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Ekoloq” Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.