Modern Construction Group Modern Construction Group
  • 374

Modern Construction Group

Tikinti

Ekoloq / Ətraf Mühit üzrə Mütəxəssis (Tikinti sektoru)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ekoloq / Ətraf Mühit üzrə Mütəxəssis (Tikinti sektoru)

  • Deadline 3 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələrinin ətraf mühitə uyğun şəkildə həyata keçirilməsi üçün Azərbaycan Respublikasının ekologiya və ətraf mühitin mühafizəsi üzrə qanun və normativ-hüquqi aktlara əməl olunmasına nəzarət etmək;
  • Tikinti sahəsində ekoloji tarazlıq, torpaq, hava və su ehtiyatlarının qorunması üzrə nəzarət tədbirlərinin icrası;
  • Layihə ərazisində ekoloji vəziyyətin yaxşılaşdırılması, risklərin azaldılması və ətraf mühitə təsirlərin minimuma endirilməsi üçün tədbirlərin hazırlanması və tətbiqi;
  • Tikinti prosesinin müxtəlif mərhələlərində ekoloji monitorinqlərin aparılması, nəticələrin analiz edilməsi və zəruri hallarda korrektiv tədbirlərin müəyyən edilməsi;
  • Ekoloji sənədləşmə, icazələr və hesabatların hazırlanması;

Şirkət əməkdaşlarının ekoloji tələblər və təhlükəsizlik üzrə təlimləndirilməsi.

Tələb olunan biliklər:

  • Ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi (xüsusən tikinti və sənaye layihələri ilə bağlı tələblər);
  • Ekoloji normativ sənədlərin hazırlanması və tətbiqi;
  • Tikinti obyektlərində ekoloji statistikanın və monitorinq məlumatlarının aparılması;
  • Beynəlxalq ekoloji standartlar (ISO 14001, LEED. BREAM və s. tipli standartların  və s.);
  • Tullantıların idarə olunması sistemi və tikinti tullantılarının düzgün yönləndirilməsi üzrə biliklər.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsilə üstünlük verilir;
  • Tikinti və ya sənaye layihələrində minimum 2 il iş təcrübəsi;
  • İngilis dili biliyi mütləq;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Tikinti sektorunda ekoloji və təhlükəsizlik üzrə yerli və beynəlxalq sertifikatların olması üstünlükdür. 

İş şəraiti

  • Ünvan Qış parkinin yaxinliği
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Ekoloq” Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily14
  • Weekly556
  • Monthly556