Peşəkar komandamıza rəhbərliyin gündəlik fəaliyyətinə dəstək göstərəcək, yüksək təşkilatçılıq bacarıqlarına malik Executive Assistant axtarırıq.
Namizədə tələblər:
- Executive Assistant, Personal Assistant və ya oxşar vəzifədə minimum 3 il iş təcrübəsi – mütləqdir
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis və rus dili biliyi tələb olunur.- mütləqdir
- MS Office proqramlarını, xüsusilə Microsoft Excel proqramını yüksək səviyyədə bilmək – mütləqdir
- Güclü ünsiyyət, planlama və koordinasiya bacarıqları
- Məxfi məlumatlarla peşəkar şəkildə işləmək bacarığı
- Operativ, məsuliyyətli və detallara diqqətli olmaq
Əsas vəzifələr:
- Rəhbərin iş qrafikinin, görüşlərinin və ezamiyyətlərinin planlaşdırılması;
- Rəsmi yazışmaların və biznes korespondensiyasının idarə olunması;
- Hesabatların, təqdimatların və digər sənədlərin hazırlanması;
- Daxili və xarici tərəfdaşlarla effektiv koordinasiyanın təmin edilməsi;
- Rəhbərliyin inzibati və təşkilati işlərinə tam dəstək göstərilməsi.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "Executive Assistant" başlığı ilə göndərə bilərlər.
Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.