Əsas vəzifə öhdəlikləri:
- Fit-out layihəsinin ilkin planlaşdırılması, qrafiklərin hazırlanması və vaxtında yerinə yetirilməsinin təmin edilməsi.
- Texniki spesifikasiyalar və layihə çertyojlarının təhlili, icra planına uyğunluğunun təmin olunması.
- Layihə üzrə resursların düzgün bölüşdürülməsi (işçi qüvvəsi, materiallar və texnika).
- Təchizatçılar və subpodratçılarla əlaqələrin idarə olunması.
- Satınalma proseslərinin nəzarətdə saxlanması, materialların vaxtında və keyfiyyətli şəkildə təhvil alınması.
- İşlərin müqaviləyə uyğun aparılmasının təmin edilməsi.
- İşlərin texniki tələblərə və keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması.
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət.
- Layihə büdcəsinin hazırlanması və icrasına nəzarət.
- Xərclərin izlənməsi, optimallaşdırılması və hesabatların hazırlanması.
- Layihə ilə bağlı mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Komanda üzvləri, müştərilər və digər maraqlı tərəflərlə effektiv kommunikasiya qurmaq.
- İşlərin yoxlanılması və təhvil-təslim prosesinin təşkili.
- Açar təslim mərhələsində bütün sənədlərin, icazələrin və texniki yoxlamaların tamamlanması.
Tələblər:
- İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahədə ali təhsil.
- Fit-out və interyer layihələrinin idarə olunmasında minimum 3-5 il təcrübə.
- Layihə idarəetmə proqramları ilə işləmə bacarığı (AutoCAD, MS Project, Primavera və s.).
- Liderlik, analitik düşünmə və problem həll etmə qabiliyyəti.
- Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarığı.
- Rus və İngilis dillərində sərbəst ünsiyyət bacarığı.
İş haqqında məlumat:
- Yaşayış yeri ilə təmin olunma
- Səyahət xərcləri şirkət hesabına
- İş yeri-Qırğızıstan (İssık-Kul)
- Əmə haqqı musahibə əsasında təyin olunacaq
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunmuş elektron poçt ünvanına email-in mövzu hissəsində “Project Manager (Fit Out Work )” qeyd etməklə göndərə bilərlər.