Əsas vəzifə və öhdəliklər:
- Dəmir-beton və metal konstruksiya layihə cizgilərinin hazırlanması;
- Müxtəlif təyinatlı binaların və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablamaların aparılması;
- İnşaat norma və qaydalarını bilməli;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməli
- Bina və qurğuların konstruktiv müayinə işlərinin aparılması və hesabatların hazırlanması;
- Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin tərtibatı;
- Konstruktiv işçi layihəni sifarişə əsasən qüvvədə olan inşaat norma və qaydalarına riayət etməklə aparılması, gigiyenik sanitar normaları, yanğın normaları, təxliyyə planını nəzərə alınaraq layihənin icra edilməsi;
- Cizgilər əsasında işlənilən materialın hesablanması
Tələblər:
- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Sahə üzrə iş təcrübəsi mütləqdir;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı, ingilis dili biliyi arzu olunandır;
- Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
- İnşaat norma və qaydalarına yüksək səviyyədə bələdlik.
- MS Office proqramlarında sərbəst işləmə bacarığı
- Lira, SAPR və ETAP,AutoCard proqramlarını bilən namizədlərə üstünlük veriləcəkdir
İş şəraiti:
- İş yeri: Bakı ş.
- Əmək haqqı bilik və bacarığa əsasən müsahibə əsasında təyin olunacaq
Xahiş olunur, ancaq qeyd edilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühəndis Konstruktor” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.