Əsas vəzifə və öhdəliklər:
- Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak etmək;
- Tikinti işlərinin idarə olunmasını təşkil etmək, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirmək;
- Tikinti işləri üzrə sənədləşmənin aparılmasına rəhbərlik etmək;
- Layihənin reallaşdırılmasının iş planına müvafiq olmasını təşkil etmək;
- Tikinti və istehsalat işləri üzrə təqdimatlar hazırlayıb, Rəhbərliyə təqdim etmək;
- Layihələri razılaşdırılmış müddətə,ayrılmış büdcə çərçivəsində və tələb olunan keyfiyyətdə yetirilməsini təmin etmək;
- Tikintidə istifadə olunan materiallara və onların xüsusiyyətlərinə nəzarət etmək;
- İnşaatın bütün mərhələlərində keyfiyyətə nəzarət səviyyəsini və SƏTƏM üzrə prosedurların içrasını təmin etmək üçün tikinti sahəsini yoxlamaq;
- Material və vasitələrin smetaya uyğun şəkildə xərclənməsinə və istifadəsinə nəzarət etmək;
- Tikinti-quraşdırma işçilərinin işinə nəzarət etmək, istehsal planlarını tikinti planlarına uyğun olaraq komandaya və ayrı-ayrı işçilərə paylamaq, işin müddətinə və keyfiyyətinə nəzarət etmək.
Tələblər:
- Mühəndis ixtisası üzrə ali təhsil;
- Tikinti sahəsinə aid qərarları, əmrləri, sərəncamları, metodik və normativ materialları
- Layihə işinin əsaslarını
- Əsaslı tikinti və istehsalat işlərinin aparılmasını
- İdarəetmə, tikinti sahələri üzrə ali təhsil
- Minimum 5 il müvafiq sahədə iş təcrübəsi;
- Yaş həddi: 35-55 yaş
- Dil: Azərbaycan, İngilis və Rus dilləri
- Komputer bilikləri: Microsoft Office və AutoCAD ;
- İşə məhsuliyyətli yanaşmaq;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.
İş haqqında məlumat:
- Əmək məcəlləsinə uyğun sənədləşmə
- İş qrafiki- 6 gün, şənbə günü-qısa gün
- Əmək haqqı görüşmə zamanı təyin ediləcək
Xahiş olunur, ancaq qeyd edilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Tikinti rəhbəri” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq) Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərsiniz. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.