Vəzifə öhdəlikləri:
- Quyuların əsaslı təmiri (Workover) əməliyyatları zamanı nasos qurğularının idarə olunmasını təmin etmək;
- Nasos avadanlıqlarının işə salınması, istismarı və dayandırılması proseslərini həyata keçirmək;
- Nasosların təzyiq, sərfiyyat və digər texniki göstəricilərinə nəzarət etmək;
- Quyuya maye vurulması, dövriyyə, yuyulma və təzyiqə nəzarət əməliyyatlarında iştirak etmək;
- Nasos qurğularının texniki vəziyyətini yoxlamaq, nasazlıqları müəyyən etmək və aidiyyəti şəxslərə məlumat vermək;
- Avadanlıqların gündəlik texniki baxışını həyata keçirmək və texniki xidmət işlərində iştirak etmək;
- Nasos əməliyyatları üzrə müvafiq qeydləri aparmaq və hesabatlar hazırlamaq;
- Əməliyyatlar zamanı SƏTƏM və texniki təhlükəsizlik tələblərinə riayət etmək.
Namizədə tələblər:
- Orta ixtisas və ya müvafiq texniki-peşə təhsili;
- Neft-qaz sahəsində nasos qurğularının operatoru kimi minimum 3 il iş təcrübəsi;
- Quyuların əsaslı təmiri (Workover) əməliyyatları üzrə təcrübə;
- Yüksək təzyiqli nasos avadanlıqlarının iş prinsipləri və istismar qaydaları üzrə biliklər;
- Quyu yuyulması, sirkulyasiya və maye vurulması əməliyyatları haqqında biliklər;
- Texniki təhlükəsizlik və SƏTƏM qaydaları üzrə biliklər;
- Komandada işləmək və növbəli iş rejiminə uyğunlaşmaq bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.