Vəzifə öhdəlikləri
- Qazma qurğuları, o cümlədən, qazma bucurqadı, qazma nasosları, dizel mühərriklər, və bu sinifdən olan digər avadanlıqlar texniki xidmətini və təmir işlərini təşkil etmək və nəzarət etmək;
- Texniki sənədləri, hidravlik və konstruktiv cizgiləri oxuma qabiliyəti;
- Avadanlıqların nasazlıqlarını müəyyən etmək, təmir işlərini həyata keçirmək və texniki hesabatlar hazırlamaq;
- Texniki xidmət və təmir işlərini əməliyyatların fasiləsizliyini təmin edəcək şəkildə planlaşdırmaq;
- Avadanlıqların quraşdırılması, sazlanması və istismara verilməsi prosesində iştirak etmək;
- Texniki xidmət üçün zəruri ehtiyat hissələri, alətlər və materiallara olan tələbatı müəyyən etmək və hesabat vermək;
- Təmir və texniki xidmət işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
- Avadanlıqlardan düzgün istifadə olunmasına nəzarət etmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;
- Planlı dayanma, sahənin dəyişdirilməsi və digər texniki fasilələr zamanı texniki xidmət planlarının hazırlanmasında iştirak etmək;
- SƏTƏM, təhlükəsizlik və ekoloji tələblərə riayət olunmasını təmin etmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Ali texniki təhsil (Mexanika mühəndisliyi və ya digər müvafiq ixtisas);
- Müvafiq sahədə və oxşar vəzifədə minimum 3–5 il iş təcrübəsi;
- Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə praktiki biliklər;
- Texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması bacarığı;
- Planlı texniki xidmət, təmir işlərinin təşkili və texniki sənədlərlə işləmək bacarığı;
- SƏTƏM standartları və təhlükəsizlik tələbləri üzrə biliklər;
- MS Office proqramlarından istifadə bacarığı (SAP biliyi üstünlükdür);
- İngilis/rus dili biliyi;
- Liderlik, komandanı idarəetmə, problem həll etmə və qərarvermə bacarıqları;
- Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.