Vəzifə öhdəlikləri
- Qazma meydançasında gündəlik əməliyyatlara və işçi heyətinin fəaliyyətinə rəhbərlik etmək;
- Qazma əməliyyatlarının təsdiq edilmiş proqramlara, prosedurlara və təhlükəsizlik tələblərinə uyğun icrasını təmin etmək;
- Quyunun vəziyyətini və əməliyyat parametrlərini izləmək, yaranan texniki problemlərlə bağlı operativ tədbirlər görmək;
- İşlərin növbələr üzrə düzgün təhvil-təslimini və gündəlik əməliyyat məlumatlarının dəqiq aparılmasını təmin etmək;
- Qazma briqadası və xidmət şirkətlərinin əməkdaşları arasında iş bölgüsünü aparmaq, işlərin icrasına nəzarət etmək;
- Avadanlıqların, boruların, materialların və ehtiyat hissələrinin əməliyyatlar üçün hazır vəziyyətdə olmasını təmin etmək;
- Quyuya endirilən boruların, avadanlıqların və digər komponentlərin dəqiq uçotunun aparılmasına nəzarət etmək;
- Preventor və digər quyuya nəzarət avadanlıqlarının yığılması, sökülməsi və təzyiq sınaqlarının təhlükəsiz aparılmasını təmin etmək;
- İşə icazə sistemi, risklərin qiymətləndirilməsi və işqabağı təhlükəsizlik toplantılarının tələblərinə riayət olunmasına nəzarət etmək;
- Gündəlik əməliyyat və texniki hesabatların hazırlanmasında iştirak etmək;
- İşçilərin SƏTƏM, nizam-intizam və ekoloji tələblərə riayət etməsini təmin etmək;
- Təhlükəli işləri dayandırmaq və aşkar edilmiş risklər barədə rəhbərliyi məlumatlandırmaq;
- Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Müvafiq texniki sahə üzrə bakalavr, magistr və ya ekvivalent təhsil;
- Qazma sahəsində və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi;
- Qazma və quyuya nəzarət əməliyyatları üzrə praktiki biliklər;
- SƏTƏM standartları, risklərin qiymətləndirilməsi və işə icazə sistemi üzrə biliklər;
- Briqadanı idarə etmək, iş bölgüsü aparmaq və operativ qərar vermək bacarığı;
- Texniki və gündəlik əməliyyat hesabatlarını hazırlamaq bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- İngilis dili biliyi arzuolunandır;
- Well Control sertifikatının olması üstünlükdür;
- Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı;
- Liderlik, ünsiyyət, problem həll etmə və məsuliyyətlilik bacarıqları.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.