Modern Engineering Bureau of Azerbaijan Modern Engineering Bureau of Azerbaijan

Modern Engineering Bureau of Azerbaijan

Professional, Scientific & Technical Services , Engineering Services

Qazma Ustası (Toolpusher)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Qazma Ustası (Toolpusher)

  • Deadline 12 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Qazma meydançasında gündəlik əməliyyatlara və işçi heyətinin fəaliyyətinə rəhbərlik etmək; 
  • Qazma əməliyyatlarının təsdiq edilmiş proqramlara, prosedurlara və təhlükəsizlik tələblərinə uyğun icrasını təmin etmək; 
  • Quyunun vəziyyətini və əməliyyat parametrlərini izləmək, yaranan texniki problemlərlə bağlı operativ tədbirlər görmək; 
  • İşlərin növbələr üzrə düzgün təhvil-təslimini və gündəlik əməliyyat məlumatlarının dəqiq aparılmasını təmin etmək; 
  • Qazma briqadası və xidmət şirkətlərinin əməkdaşları arasında iş bölgüsünü aparmaq, işlərin icrasına nəzarət etmək; 
  • Avadanlıqların, boruların, materialların və ehtiyat hissələrinin əməliyyatlar üçün hazır vəziyyətdə olmasını təmin etmək; 
  • Quyuya endirilən boruların, avadanlıqların və digər komponentlərin dəqiq uçotunun aparılmasına nəzarət etmək; 
  • Preventor və digər quyuya nəzarət avadanlıqlarının yığılması, sökülməsi və təzyiq sınaqlarının təhlükəsiz aparılmasını təmin etmək; 
  • İşə icazə sistemi, risklərin qiymətləndirilməsi və işqabağı təhlükəsizlik toplantılarının tələblərinə riayət olunmasına nəzarət etmək; 
  • Gündəlik əməliyyat və texniki hesabatların hazırlanmasında iştirak etmək; 
  • İşçilərin SƏTƏM, nizam-intizam və ekoloji tələblərə riayət etməsini təmin etmək; 
  • Təhlükəli işləri dayandırmaq və aşkar edilmiş risklər barədə rəhbərliyi məlumatlandırmaq; 
  • Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək. 

Namizədə tələblər

  • Müvafiq texniki sahə üzrə bakalavr, magistr və ya ekvivalent təhsil; 
  • Qazma sahəsində və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi
  • Qazma və quyuya nəzarət əməliyyatları üzrə praktiki biliklər; 
  • SƏTƏM standartları, risklərin qiymətləndirilməsi və işə icazə sistemi üzrə biliklər; 
  • Briqadanı idarə etmək, iş bölgüsü aparmaq və operativ qərar vermək bacarığı; 
  • Texniki və gündəlik əməliyyat hesabatlarını hazırlamaq bacarığı; 
  • MS Office proqramlarından istifadə bacarığı; 
  • İngilis dili biliyi arzuolunandır; 
  • Well Control sertifikatının olması üstünlükdür; 
  • Növbəli iş rejimində, quruda və ya dənizdə işləmək imkanı; 
  • Liderlik, ünsiyyət, problem həll etmə və məsuliyyətlilik bacarıqları.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily126
  • Weekly366
  • Monthly964