Modern Engineering Bureau of Azerbaijan Modern Engineering Bureau of Azerbaijan
  • 425

Satınalma üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma üzrə mütəxəssis

  • Deadline 13 Avqust 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifələr: 

  • Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili, xarici bazarda araşdırılması;
  • Xarici və daxili hüquqi şəxslərlə yüksək keyfiyyətli münasibətlərin qurulması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Logistika və gömrük rəsmiləşdirilməsi işlərində dəstək göstərilməsi;(logistika və gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlərin vaxtında təqdim olunması)
  • Təhlillərin aparılması və hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Neft-qaz , tikinti və müxtəlif sahələrdə iş təcrübəsi.
  • Rus və ingilis dillərini (oxuma, yazma, danışıq) yüksək səviyyədə bilməli;
  • Elektron satınalma sistemləri ilə işləmək təcrübəsi (e-gov, ASAN Procurement və s.).
  • ERP və MS Office proqramlarını bilməli ;
  • Yüksək səviyyədə internetdən istifadə və xarici bazarı təhlil etmək bacarığı
  • Tender – Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanunları  barədə məlumatlı olması;
  • Güclü analitik düşüncə, diqqətcil, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Dürüstlük və kollektivdə işləmə bacarığı.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (09:30 - 18:30);
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun rəsmiləşdirilmə;
  • Əmək haqqı müsahibənin nəticəsinə görə müəyyən olunacaq.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Satınalma üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur.

  • Daily37
  • Weekly178
  • Monthly1242