Modern Engineering Bureau of Azerbaijan Modern Engineering Bureau of Azerbaijan

Modern Engineering Bureau of Azerbaijan

Professional, Scientific & Technical Services , Engineering Services

Takelajçı (Rigger)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Takelajçı (Rigger)

  • Deadline 13 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • Dəniz platformasında yükqaldırma və takelaj əməliyyatlarını təsdiq edilmiş prosedurlara və təhlükəsizlik tələblərinə uyğun həyata keçirmək;
  • Quyuların əsaslı təmiri (Workover) əməliyyatları zamanı avadanlıq, boru, alət və digər materialların qaldırılması, daşınması və yerləşdirilməsi işlərində iştirak etmək;
  • Dəniz platformasına gətirilən və platformadan göndərilən yüklərin təhlükəsiz yüklənməsi və boşaldılmasını təmin etmək;
  • Yükün çəkisinə və xüsusiyyətlərinə uyğun strop, kanat, zəncir və digər takelaj vasitələrini seçmək və düzgün istifadə etmək;
  • Yükqaldırma əməliyyatları zamanı kran operatoru ilə koordinasiyalı işləmək, müəyyən edilmiş siqnalları vermək və yüklərin təhlükəsiz istiqamətləndirilməsini təmin etmək;
  • Yükqaldırma avadanlıqlarını və takelaj ləvazimatlarını istifadədən əvvəl vizual yoxlamaq, onların müvafiq yoxlama və sertifikatlaşdırma statusuna nəzarət etmək;
  • Nasaz, zədələnmiş və istifadəyə yararsız yükqaldırma vasitələrini müəyyən etmək və bu barədə rəhbərliyə məlumat vermək;
  • Yükqaldırma əməliyyatları zamanı təhlükəli zonaların təhlükəsizliyinə, yüklərin düzgün bağlanmasına və sabitliyinə nəzarət etmək;
  • Zəruri hallarda müvafiq sertifikat və icazə əsasında avtoyükləyicidən (Forklift) istifadə etmək;
  • SƏTƏM, əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərə riayət etmək;
  • Növbə təhvil-təslimini müəyyən edilmiş qaydada həyata keçirmək;
  • Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər

  • Orta və ya peşə təhsili;
  • Takelajçı (Rigger) və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
  • Dəniz platformalarında yükqaldırma və takelaj əməliyyatları üzrə iş təcrübəsi üstünlükdür;
  • Neft-qaz sahəsində, xüsusilə qazma və quyuların əsaslı təmiri (Workover) layihələrində iş təcrübəsi üstünlükdür;
  • Yükqaldırma əməliyyatları, yükbağlama üsulları və takelaj avadanlıqları üzrə praktiki biliklər;
  • Strop, kanat, zəncir və digər yükqaldırma vasitələrindən təhlükəsiz istifadə bacarığı;
  • Kran operatoru ilə siqnalvermə və rabitə qaydalarını bilmək;
  • Takelajçı (Rigger) üzrə müvafiq təlim və sertifikatın olması üstünlükdür;
  • Dənizdə işləmək üçün tələb olunan təhlükəsizlik təlimləri və sertifikatlarına malik olmaq (layihənin tələblərinə uyğun olaraq);
  • Forklift idarəetmə sertifikatının olması üstünlükdür;
  • SƏTƏM, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydaları üzrə biliklər;
  • Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq;
  • Növbəli iş rejimində və dəniz şəraitində işləmək imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily108
  • Weekly323
  • Monthly1179