Vəzifə öhdəlikləri
- Dəniz platformasında yükqaldırma və takelaj əməliyyatlarını təsdiq edilmiş prosedurlara və təhlükəsizlik tələblərinə uyğun həyata keçirmək;
- Quyuların əsaslı təmiri (Workover) əməliyyatları zamanı avadanlıq, boru, alət və digər materialların qaldırılması, daşınması və yerləşdirilməsi işlərində iştirak etmək;
- Dəniz platformasına gətirilən və platformadan göndərilən yüklərin təhlükəsiz yüklənməsi və boşaldılmasını təmin etmək;
- Yükün çəkisinə və xüsusiyyətlərinə uyğun strop, kanat, zəncir və digər takelaj vasitələrini seçmək və düzgün istifadə etmək;
- Yükqaldırma əməliyyatları zamanı kran operatoru ilə koordinasiyalı işləmək, müəyyən edilmiş siqnalları vermək və yüklərin təhlükəsiz istiqamətləndirilməsini təmin etmək;
- Yükqaldırma avadanlıqlarını və takelaj ləvazimatlarını istifadədən əvvəl vizual yoxlamaq, onların müvafiq yoxlama və sertifikatlaşdırma statusuna nəzarət etmək;
- Nasaz, zədələnmiş və istifadəyə yararsız yükqaldırma vasitələrini müəyyən etmək və bu barədə rəhbərliyə məlumat vermək;
- Yükqaldırma əməliyyatları zamanı təhlükəli zonaların təhlükəsizliyinə, yüklərin düzgün bağlanmasına və sabitliyinə nəzarət etmək;
- Zəruri hallarda müvafiq sertifikat və icazə əsasında avtoyükləyicidən (Forklift) istifadə etmək;
- SƏTƏM, əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərə riayət etmək;
- Növbə təhvil-təslimini müəyyən edilmiş qaydada həyata keçirmək;
- Rəhbərlik tərəfindən verilən və vəzifənin mahiyyətinə uyğun digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Orta və ya peşə təhsili;
- Takelajçı (Rigger) və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
- Dəniz platformalarında yükqaldırma və takelaj əməliyyatları üzrə iş təcrübəsi üstünlükdür;
- Neft-qaz sahəsində, xüsusilə qazma və quyuların əsaslı təmiri (Workover) layihələrində iş təcrübəsi üstünlükdür;
- Yükqaldırma əməliyyatları, yükbağlama üsulları və takelaj avadanlıqları üzrə praktiki biliklər;
- Strop, kanat, zəncir və digər yükqaldırma vasitələrindən təhlükəsiz istifadə bacarığı;
- Kran operatoru ilə siqnalvermə və rabitə qaydalarını bilmək;
- Takelajçı (Rigger) üzrə müvafiq təlim və sertifikatın olması üstünlükdür;
- Dənizdə işləmək üçün tələb olunan təhlükəsizlik təlimləri və sertifikatlarına malik olmaq (layihənin tələblərinə uyğun olaraq);
- Forklift idarəetmə sertifikatının olması üstünlükdür;
- SƏTƏM, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydaları üzrə biliklər;
- Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq;
- Növbəli iş rejimində və dəniz şəraitində işləmək imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.