İş şəraiti
- Yer: Bakı
- Həftədə 5 iş günü
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq
Əsas iş öhdəlikləri:
- Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına (1C 8.3) daxil edilməsi;
- Aylıq, rüblük və illik olan vergi və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Bank və nağd ödənişləri icra etmək və düzgün sənədləşdirilməsini təşkil etmək;
- Vergi sistemində elektron qaimələrin hazırlanması və şirkətlərin elektron vergi kabinetlərinə nəzarət olunması;
- Aylıq əmək haqlarının, məzuniyyətlərin və işçilərə olan digər ödənişlərin hesablanması;
- Rəhbərlik tərəfindən verilən sair iş təlimatlarının icra edilməsi.
Əsas bilik və bacarıqlar:
- Mühasibat uçotu və maliyyə sahəsində minimum 1 (bir) il iş tərcübəsi;
- Mühasibat uçotu, vergi, iqtisadiyyat və ya maliyyə sahəsində ali təhsil;
- MS Office proqramları üzrə bacarıqların olması (Xüsusilə Excel);
- Azərbaycan (yüksək səviyyədə) və ingilis (Intermediate) dillərini bilmək; (Rus dilini ən azı orta səviyyədə bilməsi vacibdir);
- 1C mühasibat proqramı üzrə biliklərin olması arzuolunandır;
- Mühasibat uçotu üzrə beynəlxalq sertifikat imtahanlarında (ACCA, CIMA və s.) nəticələrin olması arzuolunandır;
- Mühasibat uçotu siyasəti və prosedurları barədə biliklərin olması arzuolunandır;
- Yaxşı ünsiyyət, problem həll etmə və hesabatlılıq bacarıqlarının olması vacibdir.
Zəhmət olmasa, tərcüməyi-halı (CV) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mühasibat uçotu üzrə kiçik mütəxəssis” başlığı ilə göndərin.