Memar-Dizayner
Şirkətimiz komandamıza peşəkar, məsuliyyətli və yaradıcı Memar-Dizayner dəvət edir. Əgər memarlıq layihələrinin hazırlanması, interyer və eksteryer həllərinin işlənməsi, həmçinin 3D vizuallaşdırma sahəsində təcrübəniz varsa, sizi komandamızda görməkdən məmnun olarıq.
Vəzifə öhdəlikləri
· Memarlıq layihələrinin hazırlanması və texniki həllərin işlənməsi;
· Memarlıq planlarının, fasad, divar açılışları, kəsik və detal cizgilərinin hazırlanması;
· Layihələrin qüvvədə olan tikinti norma və standartlarına uyğun hazırlanmasının təmin edilməsi;
· Mühəndis və konstruktorlarla layihə üzrə koordinasiyanın aparılması;
· Layihələrin eskiz, işçi və icra (As-Built) mərhələlərinin hazırlanması;
· Mövcud obyektlərdə ölçü işlərinin aparılması və icra cizgilərinin hazırlanması;
· 3D modellərin qurulması, vizuallaşdırma və fotorealistik renderlərin hazırlanması;
· Material seçiminin və ölçülərin düzgünlüyünün təmin edilməsi;
· Layihə sənədlərinin təsdiq və razılaşdırılması prosesində iştirak;
· Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Namizədə tələblər
· Memarlıq ixtisası üzrə ali təhsil;
· Layihələndirmə və ya tikinti sahəsində minimum 2 il iş təcrübəsi;
· AutoCAD, Archicad, Revit, Adobe Photoshop, 3Ds Max və Lumion proqramlarında sərbəst işləmək bacarığı;
· Memarlıq və tikinti norma və standartlarını bilmək;
· Texniki cizgilərin hazırlanması və oxunması bacarığı;
· Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə qabiliyyəti;
· Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;
· Yaradıcılıq və yüksək estetik zövq.
İş şəraiti
· Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;
· Maraqlı və müxtəlif layihələrdə iştirak;
· Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini və portfoliolarını elektron poçt ünvanına mövzu hissəsində “Memar-Dizayner” qeyd etməklə göndərə bilərlər.