Memar-Dizayner

  • Deadline 6 September 2026

Memar-Dizayner

 

Şirkətimiz komandamıza peşəkar, məsuliyyətli və yaradıcı Memar-Dizayner dəvət edir. Əgər memarlıq layihələrinin hazırlanması, interyer və eksteryer həllərinin işlənməsi, həmçinin 3D vizuallaşdırma sahəsində təcrübəniz varsa, sizi komandamızda görməkdən məmnun olarıq.

 

Vəzifə öhdəlikləri

 

·      Memarlıq layihələrinin hazırlanması və texniki həllərin işlənməsi;

·      Memarlıq planlarının, fasad, divar açılışları, kəsik və detal cizgilərinin hazırlanması;

·      Layihələrin qüvvədə olan tikinti norma və standartlarına uyğun hazırlanmasının təmin edilməsi;

·      Mühəndis və konstruktorlarla layihə üzrə koordinasiyanın aparılması;

·      Layihələrin eskiz, işçi və icra (As-Built) mərhələlərinin hazırlanması;

·      Mövcud obyektlərdə ölçü işlərinin aparılması və icra cizgilərinin hazırlanması;

·      3D modellərin qurulması, vizuallaşdırma və fotorealistik renderlərin hazırlanması;

·      Material seçiminin və ölçülərin düzgünlüyünün təmin edilməsi;

·      Layihə sənədlərinin təsdiq və razılaşdırılması prosesində iştirak;

·      Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

 

Namizədə tələblər

 

·      Memarlıq ixtisası üzrə ali təhsil;

·      Layihələndirmə və ya tikinti sahəsində minimum 2 il iş təcrübəsi;

·      AutoCAD, Archicad, Revit, Adobe Photoshop, 3Ds Max və Lumion proqramlarında sərbəst işləmək bacarığı;

·      Memarlıq və tikinti norma və standartlarını bilmək;

·      Texniki cizgilərin hazırlanması və oxunması bacarığı;

·      Məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə qabiliyyəti;

·      Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;

·      Yaradıcılıq və yüksək estetik zövq.

 

İş şəraiti

 

·      Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;

·      Maraqlı və müxtəlif layihələrdə iştirak;

·      Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

 

Müraciət qaydası

 

Maraqlanan namizədlər CV-lərini və portfoliolarını elektron poçt ünvanına mövzu hissəsində “Memar-Dizayner” qeyd etməklə göndərə bilərlər.

 

  • Daily120
  • Weekly560
  • Monthly577