İş barədə məlumat:
- Layihə ərazisində mobil telefonla foto və video çəkilişlərin aparılması
- Mobil telefon və zəruri hallarda kamera ilə çəkilişlərin həyata keçirilməsi
- Instagram Reels, Stories və digər sosial media formatları üçün kontentin hazırlanması
- Reels, stories və qısa reklam videolarının hazırlanması
- Video montajı, əsas rəng korreksiyası və sadə vizual effektlərin tətbiqi
- Sosial media və mobil kontent trendlərinin izlənməsi
- Trendlərə uyğun kreativ ideyaların təklif edilməsi və tətbiqi
- Kontent planına uyğun çəkilişlərin təşkili və icrası
- Marketinq/PR komandası ilə koordinasiyalı işləmək
- Çəkiliş zamanı kadr və işıq quruluşuna diqqət edilməsi
- Hazırlanan kontentin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsi
Tələblər:
- Adobe Premiere Pro, CapCut, Final Cut və ya oxşar proqramlarla işləmə bacarığı
- Mobil kontent trendləri haqqında bilik
- Kreativ düşüncə və vizual zövq
- Vaxtın düzgün idarə olunması və məsuliyyətlilik
- Azərbaycan dilində sərbəst, ingilis və ya rus dillərindən birini bilmək üstünlük sayılır
İş şərtləri:
- İş yeri: Bakı şəhəri, Şıxov qəsəbəsi, High Park yaşayış kompleksi (tikinti sahəsi)
- İş günləri: 5 günlük iş qrafiki
- Nahar fasiləsi: 13:00 -14:00
- Əmək haqqı müsahibə əsasında təyin olunacaq
CV-lərin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "Videoqraf / Mobilqraf” başlığı yazmaqla göndərilməsi xahiş olunur.
Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.