Təsvir:
- Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;
- Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;
- Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına nəzarət;
Tələblər:
- Yaş həddi: 20-30 yaş arası
- Əmək haqqı: 500 manat, + bonus
- Namizəd: yalnız kişi namizədlər
- Ali təhsili və orta ixtisas təhsili
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
- Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
- Ünvan: Bakı, Şamaxı,Xırdalan.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Kredit mütəxəssisi” şəklində qeyd etməklə 25 dekabr 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır