Təsvir:
- Müştəriyə BOKT -ın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- BOKT -ın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq
- aparılması;
- Müraciətlərin BOKT-ın müvafiq kredit komitəsinə təqdim edilməsi ;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri cəlbini təşkil etmək ;
Tələblər:
- Yaş həddi: 20-30 yaş arası
- Namizəd: yalnız kişi namizədlər
- Ali təhsili və orta ixtisas təhsili
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
- Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
İş şəraiti
- Əmək haqqı: 700-1000 manat, + bonus
- Ünvan: Baş Ofis (Ağ şəhər 1-ci Yaşıl ada 7/3)
- Bakı Filialı (H.Əliyev küç. 88, m.43)
- Əhmədli Filialı (M.Hadi və S.Ə. Şirvani küçələrinin kəsişməsi)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Kredit mütəxəssisi” şəklində qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır