Monetri BOKT MMC Monetri BOKT MMC

Monetri BOKT MMC

Peşəkar xidmətlər , Accounting

Mikro kreditlər üzrə mütəxəssis (Quba)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mikro kreditlər üzrə mütəxəssis (Quba)

  • Deadline 27 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifələri:

  • Mikro biznes kreditləri üçün müraciətləri qəbul etmək və qiymətləndirmək.
  • Müştərilərlə danışıqlar aparmaq.
  • Müştəri şəbəkəsinin genişləndirilməsi;
  • Kredit bazarını təhlil etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək.
  • Mikro kreditlər üzrə sifarişləri qəbul etmək, bankın daxili prosedur və qaydalarına uyğun sənədləri toplamaq və kreditləri rəsmiləşdirmək.
  • Mikro kreditlərin təhlilini aparmaq, maliyyə hesabatlarını hazırlamaq və girovun qiymətləndirilməsi üçün ilkin monitorinq keçirmək.
  • Kredit memorandumunu hazırlamaq və kredit komitəsinə təqdim etmək.
  • Kredit müqaviləsi və ödəniş cədvəlinə uyğun olaraq borcların vaxtında ödənilməsini təmin etmək.
  • Müqavilə şərtlərini pozan müştərilərlə işləmək və borcların ödənilməsinə dair tədbirlər görmək.
  • Aylıq satış planlarını yerinə yetirmək.
  • Mikro kredit sahəsi üzrə təcrübəçilərin və yeni işçilərin hazırlanmasına dəstək vermək.

Tələb olunan keyfiyyətlər:

  • Kreditlərlə bağlı biliklər və təcrübə.
  • Təhlil etmə və ünsiyyət qurma bacarığı.
  • Analitik düşünmə qabiliyyəti.
  • Müştəri ilə işləmək bacarığı.
  • Komanda ilə işləmək bacarığı.
  • Azərbaycan dili mükəmməl səviyyədə.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Yaş həddi 22-35 
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Əmək haqqı 1000 manat və aylıq bonus.

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Mikro biznes kreditləri üzrə mütəxəssis(Quba)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ü̈nvanına göndərməkləri xahiş olunur.

  • Daily0
  • Weekly606
  • Monthly0