Əsas vəzifələr
- Potensial müştərilərlə əlaqə yaratmaq (xüsusilə KOB-lar).
- Müştərinin ehtiyaclarını öyrənmək və uyğun logistik həllər təklif etmək.
- Görüşlər təyin etmək, təkliflər təqdim etmək və satış imkanlarını izləmək.
- Əməliyyat komandası ilə əməkdaşlıq edərək qiymət təklifləri hazırlamaq.
- CRM sisteminə müştəri məlumatlarını daxil etmək və mütəmadi izləmək.
Tələblər
- Təhsil: Biznes, Marketinq və ya əlaqəli sahədə bakalavr dərəcəsi (və ya son kurs tələbəsi).
- Təcrübə: Başlanğıc səviyyəsi (0–2 il)
- İngilis dili – tələb olunur, rus dili – üstünlükdür.
- Effektiv ünsiyyət və inandırma bacarıqları.
- Soyuq zənglər etməyə və qərarvericilərlə danışmağa hazır olmaq.
- Satış hədəfləri ilə işləməyə və bu sahədə inkişaf etməyə motivasiya.
- Müştəri xidməti və ya satış sahəsində əvvəlki təcrübə üstünlükdür.
Təklif etdiklərimiz
- Tam təlim və mentor dəstəyi
- 1–2 il ərzində yüksəlmək imkanı
- Əməkhaqqı 600 AZN
- Peşəkar və dəstəkləyici iş mühiti
- Real biznes və logistik təcrübə qazanmaq imkanı
Maraqlanan namizədlər mövzu yerində “Loqistika Satışı üzrə Mütəxəssis” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.