İş şəraiti
- İş yeri: Xocəsən metrosunun yanı
- İş rejimi: Həfətə içi 5 gün
- Əmək haqqı: 650 AZN
Vəzifə təlimatı:
- Pambıq əsaslı gigiyenik məhsulların istehsalı üçün nəzərdə tutulmuş yeni avtomatlaşdırılmış avadanlığı idarə etmək;
- Avadanlığı istehsalat təlimatına uyğun şəkildə işə salmaq və dayandırmaq;
- İstehsal prosesinin fasiləsiz və düzgün aparılmasına nəzarət etmək;
- Hazır məhsulun keyfiyyətinə nəzarət etmək;
- Qüsurlu məhsulları ayırmaq, artıq tullantı və xammal itkisi yarandıqda məsul şəxsə məlumat vermək;
- Gündəlik istehsal miqdarı, qüsurlu məhsullar və avadanlığın dayanması barədə sadə uçot aparmaq;
- Avadanlıqda yaranan nasazlıqları vaxtında müəyyən etmək və məsul şəxsə məlumat vermək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitariya qaydalarına riayət etmək;
- İş yerinin və avadanlığın təmizliyini və səliqəsini təmin etmək.
Namizədə tələblər:
- Orta və ya orta ixtisas təhsili;
- Hərbi xidmət keçmiş olmalıdır;
- İstehsalat avadanlığı ilə işləmək bacarığı;
- Texniki düşüncə və yeni avadanlığı qısa müddətdə öyrənmək qabiliyyəti;
- Diqqətli,məsuliyyətli və intizamlı olmaq;
- Komandada işləmək bacarığı;
- İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
- İş vaxtı siqaret çəkmək qəti qadağandır.
Qeyd:İşə qəbul edilən operatora avadanlıq və istehsal prosesi üzrə ilkin təlim keçiriləcək.
Əlaqə nömrəsi - (070) 911-41-71
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.