Namizədə tələblər:
- Xanım namizədlər
- Yaş həddi: 25-38
- Sənədləşmə və rəsmi yazışma qaydalarını bilmə
- MS Office proqramlarında (xüsusilə Word, Excel) sərbəst işləmək bacarığı
- Təşkilatçılıq və zaman idarəetmə bacarıqları
- Analitik düşüncə və operativlik
- Konfidensial məlumatlarla işləmə bacarığı və etik davranış
- Təqdimat və ünsiyyət bacarıqları
İş barədə məlumat:
- Direktor adından rəsmi sənədlərin (əmrlər, qərarlar, məktublar və s.) hazırlanması və düzgün sənədləşmənin təmin edilməsi
- Daxil olan və göndərilən sənədlərin idarə olunması, arxivləşdirilməsi və nəzarətdə saxlanılması
- Tərəfdaşlıq təklifləri ilə bağlı şirkət nümayəndələrinin qəbul edilməsi və ilkin görüşlərin aparılması
- Görüşlərin təşkili, protokollaşdırılması və icra nəzarətinin aparılması
- Direktorun tapşırıqlarının aidiyyəti üzrə bölüşdürülməsi və icrasının izlənilməsi
- Daxili və xarici kommunikasiyanın koordinasiyası
- Məlumatların analizi, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Şirkət daxilində iş proseslərinin daha effektiv təşkili üçün təşəbbüslərin irəli sürülməsi
- Direktorun gündəlik tapşırıqlarının icrası
İş şəraiti
- Ofis ünvanı: Cəlil Məmmədquluzadə 102A, City Point Biznes Mərkəzi, 8-ci mərtəbə
- İş qrafiki: 09:00 - 18:00, Həftənin 5 günü
- Rəsmi qeydiyyat
- Əmək haqqı – 1000-1100 AZN
Şəkilli "CV"-nizi mövzu yerinə "Direktor assistenti" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.