Peşəkar karyera yoluna addım atmaq istəyən namizədlər üçün Marketinq və Satış (B2B) istiqamətində təcrübə proqramına start veririk.
Təcrübə müddətində əldə edəcəkləriniz:
- Real B2B satış və marketinq layihələrində iştirak imkanı
- Müştəri münasibətləri və bazar analitikası üzrə praktiki təcrübə
- Rəsmi tövsiyə məktubu
- Təcrübə sonunda daimi iş imkanı əldə etmək şansı
Namizədə tələblər:
- Ali təhsil (Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə)
- Analitik düşünmə və effektiv ünsiyyət bacarıqları
- Yüksək motivasiya və məsuliyyətlilik
- Komandada işləmə bacarığı
Müraciət qaydası:
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin və mövzu hissəsində “Marketinq və Satış üzrə Təcrübəçi” yazın.