Şirkətimizə maliyyə və mühasibatlıq sahəsində təcrübəsi olan Mühasib köməkçisi axtarılır.
Əsas vəzifə öhdəlikləri:
- 1C 8.3 proqramında gündəlik əməliyyatların aparılması (alış, satış, xidmət, anbar, kassa və bank əməliyyatları)
- Müxabirləşmənin düzgün qurulması və aparılması
- Əməliyyatlarının müxabir hesablar üzrə düzgün əks etdirilməsi
Kreditor və debitor borclarının uçotu və nəzarəti
- Müştəri və təchizatçılar üzrə borcların düzgün qeydiyyatı
- Borcların yığılması, ödənişlərin izlənməsi və vaxtında bağlanması
- Borc qalığı üzrə mütəmadi hesabatların hazırlanması
Bank və kassa əməliyyatlarının aparılması
- Bank çıxarışlarının 1C-yə işlənməsi
Hesabatların hazırlanması və təqdim edilməsi
- Debitor/kreditor hesabatları
- Satış və alış dövriyyə hesabatları
Vergi və dövlət portalları üzrə köməkçi işlər
- E-taxes, e-gov və digər portallara məlumatların hazırlanması
- Baş mühasibə vergi və sosial ödənişlər üzrə texniki dəstək
Daxili maliyyə intizamına nəzarət
- Sənədlərin düzgün və vaxtında toplanması
- Maliyyə əməliyyatlarının qaydalara uyğun aparılması
Namizədə tələblər:
- 1C 8.3 proqramında sərbəst işləmə bacarığı
- Mühasibat uçotu və müxabirləşmə prinsiplərini bilmək
- Mühasibatlıq sahəsində minimum 2–3 il praktiki təcrübə
- Debitor və kreditor uçotunu tam başa düşmək və tətbiq etmək
- Hesabatlarla işləmə və analitik düşünmə bacarığı
- Məsuliyyətli, dəqiq.
- Komandada işləmək və tapşırıqları vaxtında icra etmək bacarığı
- Yaş: 25–50
- Xanım namizəd
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00
- Rəsmi əmək münasibətləri
- Stabil iş mühiti.
Ünvan: Nizami r-nu B.Çobanzadə 30D
CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt adressinə göndərə bilərsiniz.