Mühərrik ustası / Motorist

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühərrik ustası / Motorist

  • Deadline 17 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Minik avtomobillərinin texniki xidməti və təmiri sahəsində fəaliyyət göstərən şirkətimiz Mühərrik ustası / Motorist vəzifəsi üzrə peşəkar əməkdaş axtarır.

Namizədə avtomobil mühərriklərinin təmiri və texniki xidməti sahəsində ən azı 1–15 il iş təcrübəsi, mühərrik sistemləri üzrə güclü texniki bilik və praktik bacarıqlar tələb olunur.

Vəzifə öhdəlikləri

  • Minik avtomobillərinin mühərriklərində yaranan nasazlıqların diaqnostikası və müəyyən edilməsi;
  • Mühərriklərin sökülməsi, təmiri və yığılması;
  • Mühərrikin mexaniki və əsas komponentlərinin yoxlanılması və təmiri;
  • Yağ, filtr, kəmər, şam və digər mühərrik komponentlərinin dəyişdirilməsi;
  • Mühərrikdə yaranan səs, titrəmə, yağ və digər texniki problemlərin səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması;
  • Profilaktik texniki baxış və mühərrikə texniki xidmət işlərinin həyata keçirilməsi;
  • Təmir zamanı müvafiq alət və avadanlıqlardan təhlükəsizlik qaydalarına uyğun istifadə edilməsi;
  • Görülən işlərin keyfiyyətli və vaxtında icrasının təmin olunması.

Namizədə tələblər

  • Mühərrik təmiri və avtomobil servisi sahəsində minimum 1–15 il iş təcrübəsi;
  • Mühərrik nasazlıqlarının diaqnostikası və təmiri üzrə praktiki bacarıq;
  • Peşə və ya müvafiq sahə üzrə diplomun olması üstünlükdür;
  • Məsuliyyətli və intizamlı iş prinsipi;
  • Komandada işləmək bacarığı;
  • İşinə ciddi, diqqətli və məsuliyyətli yanaşma.

İş şəraiti

  • İş qrafiki: həftənin 6 günü, 09:00–18:00 və ya 10:00-19:00
  • Əmək haqqı: 1000 AZN+, namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müəyyən edilir;
  • İş yeri: Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 30D   

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

  • Daily105
  • Weekly619
  • Monthly1711