İş şəraiti
- Struktur: Təchizat şöbəsi
- İş qrafiki: Həftənin 5 günü
- Maaş: 1500 AZN
Əsas vəzifələr:
- Dövlət satınalmalarında şirkətin maraqlarını tam və düzgün şəkildə təmsil etmək
- Tender sənədlərinin sıfırdan hazırlanması və hüquqi uyğunluğunun təmin edilməsi
- e-Satınalma portalında proseslərin müstəqil idarə olunması
- Texniki və qiymət təkliflərinin analitik şəkildə hazırlanması
- Forma 2, Forma 3 və digər sənədlərin səhvsiz tərtibi
- Bank qarantiyası, icra təminatı və müqavilə sənədlərinin tam nəzarətdə saxlanılması
- Dövlət qurumları ilə rəsmi və peşəkar yazışmaların aparılması
- Uyğunsuzluq risklərinin qabaqcadan müəyyən edilməsi və aradan qaldırılması
Tələblər:
- Xanım namizədlər
- Dövlət satınalmaları sahəsində minimum 2 il real iş təcrübəsi
- “Dövlət satınalmaları haqqında” qanunu və tətbiq mexanizmini praktiki səviyyədə bilmək
- e-Satınalma portalında sərbəst və müstəqil işləmə bacarığı
- Word və Excel proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- Analitik düşünmə və detallara yüksək diqqət
- Yüksək məsuliyyət və intizam
Qeyd: Səhv sənədləşmə və uyğunsuzluğa görə məsuliyyət daşıyacaq namizəd tələb olunur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.