Namizədlər üçün vacib qeyd: Yalnız Hökməli, Sulutəpə və Qobu ərazilərində yaşayan və şəxsi avtomobili olan namizədlərin müraciət etməsi xahiş olunur.
Vəzifə öhdəlikləri
- Hökməli, Sulutəpə və Qobu ərazilərində yaşayan, şəxsi nəqliyyat vasitəsi olan namizədlərə üstünlük verilir.
- Təhkim olunmuş ərazidəki terminalların açarlarının, avadanlıqların, əmlakın və ehtiyat hissələrinin daimi mövcudluğuna və qorunmasına nəzarət etmək;
- Terminalların fasiləsiz və uzunmüddətli fəaliyyətini təmin etmək məqsədilə profilaktik baxış və texniki xidmət işlərini, eləcə də cari təmir-bərpa işlərini həyata keçirmək;
- Təhkim olunduğu ərazini coğrafi baxımdan yaxşı tanımaq;
- Ərazi üzrə görülən texniki işlərə dair məlumatları düzgün və dolğun şəkildə hazırlayaraq aparıcı texnikə elektron poçt vasitəsilə təqdim etmək;
- Müəyyən edilmiş iş rejiminə və əraziyə çıxış-qayıdış qaydalarına riayət etmək;
- İş vaxtının bitməsinə az qalmış terminalda müştəri kartının qalması halında, kartın çıxarılmasını təmin etmək üçün dərhal müvafiq ünvana getmək;
- Terminalın daxilində, pulqəbuledici hissəsində və kasetlərdə aşkar edilən pul vəsaitlərinin təlimata uyğun olaraq müvafiq hesaba keçirilməsini təmin etmək. Bu mümkün olmadıqda, vəsaitləri ofisə gətirərək rəhbərinə təhvil vermək;
- Zərurət yarandıqda görülən işləri foto və qısa video görüntülərlə qeydə almaq;
- Geyim formasının və xarici görünüşünün daim səliqəli olmasını təmin etmək;
- Rəhbərlik, iş yoldaşları, terminalın quraşdırıldığı obyektlərin nümayəndələri, abonentlər və digər şəxslərlə ünsiyyətdə etik davranış qaydalarına riayət etmək;
- Texniki bilik və bacarıqlarını mütəmadi olaraq inkişaf etdirmək;
- Verilən tapşırıqları operativ və çevik şəkildə yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar
- Windows 7 əməliyyat sisteminin yazılması və quraşdırılması, müvafiq drayverlərin tam şəkildə yüklənməsi bacarığı;
- Linux əməliyyat sistemi üzrə biliklər;
- Sistem blokunun daxili quruluşu və aparat təminatı (Hardware) haqqında biliklər;
- Gərginlik, cərəyan və müqavimət arasındakı əlaqə, Om qanunu üzrə ilkin biliklər.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.