Vəzifə Öhdəlikləri
- İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartları araşdırır, şirkətə faydalı olan tövsiyələrin tətbiqini qiymətləndirir.
- Müəyyən olunmuş risklərə əsasən informasiya təhlükəsizliyi siyasət, standart, prosedur və təlimatları tərtib edir və onlar üzrə maarifləndirməni təmin edir.
- İnformasiya təhlükəsizliyinin idarəolunması sisteminin (İTİS) təkmilləşdirilməsinə töhfə verir.
- İnformasiya təhlükəsizliyi üzrə riskləri və problemləri bütün maraqlı tərəflərlə kommunikasiya edir.
- Siyasət və təlimatların əhatə sahəsi üzrə zəiflikləri mütəmadi yoxlamalarla müəyyən edir.
- Fövqəladə insidentləri, informasiya təhlükəsizliyi hadisələri və informasiya təhlükəsizliyi insidentlərini araşdırır və onların həlli üzrə təkliflər verir.
- Tətbiq olunan və olunması planlaşdırılan yeni texnologiyalar ilə əlaqədar risklərin müəyyənləşdirilməsi üzrə araşdırma aparır, onların aradan qaldırılması üzrə təkliflər verir.
- Texniki təhlükəsizlik funksiyasının yerinə yetirilməsinə nəzarət edir, təkmilləşdirmə üzrə təkliflər verir.
- Xarici və daxili audit tədbirlərində iştirak edir, müvafiq informasiyanın təqdim olunmasını təmin edir.
Namizədə Əsas Tələblər
- Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri, İnformasiya təhlükəsizliyi və bu kimi istiqamətlər üstünlükdür).
- Ofis proqramlarını bilməsi.
- İnformasiya təhlükəsizliyi üzrə əsas texniki biliklərə sahib olması.
- İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartlar və ən yaxşı təcrübələri bilməsi.
Tələb Olunan Bacarıqlar
- İnformasiya təhlükəsizliyi üzrə əsas texniki biliklər (məlumat təhlükəsizliyi, tətbiq təhlükəsizliyi, şəbəkə və sistem təhlükəsizliyi).
- İnformasiya təhlükəsizliyi risklərinin idarəedilməsi.
- İnformasiya təhlükəsizliyi üzrə beynəlxalq standartlar və çərçivələr.
- İT audit və uyğunluq (requlyativ tələblər) üzrə biliklər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.