Vəzifə öhdəlikləri:
- İstifadəçi ehtiyaclarını, davranışlarını və gözləntilərini anlamaq məqsədilə keyfiyyət və kəmiyyət əsaslı tədqiqatlar aparmaq
- Məhsulun interfeysini və axınlarını (user flow) istifadəçi mərkəzli prinsiplərə əsaslanaraq dizayn etmək
- Prototiplər və wireframe-lər hazırlamaq, dizayn konsepsiyalarını testlərlə yoxlamaq və nəticələrə əsasən təkmilləşdirmək
- İstifadəçi testləri, A/B testlər və analitik məlumatlar əsasında interfeys təkmilləşdirmələri həyata keçirmək
- Məhsul menecerləri, developerlər və s. ilə sıx əməkdaşlıq edərək optimal istifadəçi təcrübəsini təmin etmək
- Şirkətin dizayn standartları və vizual identikasiyasına əsasən interfeyslər yaratmaq və onların uyğunluğuna nəzarət etmək
- Rəqib məhsulların və bazar trendlərinin təhlilini aparmaq
- Tədqiqat və dizayn nəticələrini komandaya və rəhbərliyə vizual və strukturlaşdırılmış şəkildə təqdim etmək
Tələb olunan texniki biliklər və bacarıqlar:
- UX/UI dizayn prinsipləri, istifadəçi ssenariləri və məlumat arxitekturası üzrə dərin bilik
- İstifadəçi tədqiqatı metodları üzrə təcrübə (interview, usability test, survey və s.)
- Figma, FigJam, Miro və digər dizayn və kollaborasiya alətləri ilə işləmə bacarığı
- Prototipləmə, wireframing və dizayn sistemləri üzrə praktiki təcrübə
- Analitik alətlərlə işləmə bacarığı üstünlükdür: Google Analytics, Mixpanel, Amplitude və s.
- İstifadəçi davranışlarını təhlil etmək və dizayn qərarlarını məlumatlara əsaslanaraq vermək bacarığı
- İstifadəçi psixologiyası və davranış modelləri üzrə anlayış
- Estetik baxımdan zövqlü, funksional və intuitiv interfeyslər hazırlamaq bacarığı
- SQL, Data Studio və ya Excel ilə işləmə bacarığı əlavə üstünlükdür
Tələb olunan iş təcrübəsi:
- UX/UI dizayn və ya UX research sahəsində minimum 2 illik iş təcrübəsi
- Mobil tətbiq və veb platformalar üçün interfeys dizaynında təcrübə
- Fintech və ya rəqəmsal məhsul sahəsində təcrübə üstünlükdür
Dil bilikləri:
- Azərbaycan dili – mükəmməl
- İngilis dili – texniki materiallarla işləmək və təqdimatlar üçün yetərli səviyyədə
- Rus dili – üstünlükdür
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, Müraciət Et düyməsində göstərilən link-ə daxil olub, CV-nizi yönləndirəsiniz.