Vəzifə öhdəlikləri:
- Ödemə terminallarının quraşdırılması üçün yeni yerlərin tapılması
- Hüquqi və ya fiziki şəxslərlə görüşlərin keçirilməsi, icarə haqqı məbləğinin razılaşdırılması və müvafiq müqavilələrin bağlanılması
- Terminal quraşdırılması üçün daxil olan müraciətlərin araşdırılması və araşdırmanın nəticəsi barədə qarşı tərəfin məlumatlandırılması.
- İlkin şərtlərə uyğun olan yerlərə baxış keçirmək, yerin səmərəliliyini analiz etmək və şirkətin mənafeyinə uyğun icarə haqqı məbləği təyin edərək müqavilə bağlamaq
- Müqavilə bağlanılmış hüquqi və ya fiziki şəxslərlə davamlı əlaqədə olmaq, yeni məlumatlar barədə onları məlumatlandırmaq, terminaldan istifadə qaydaları haqda onları məlumatlandırmaq və onların tələb və təkliflərini qiymətləndirmək
- Müqaviləyə əlavələrin, sazişlərin və aktların imzalanmasını təmin etmək
- Rəhbərliyin göstəriş və tapışırıqlarını vaxtında yerinə yetirmək
Namizədə qoyulan tələblər:
- Ali təhsil
- Satış sahəsində 2 il iş təcrübəsi
- Sürücülük vəsiqəsi
- Şəxsi avtomobil
İş şəraiti:
- Təyin olunmuş ərazi üzrə;
- İş rejimi həftənin 5 günü (09:00-18:00);
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması.
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Terminalların yerləşdirilməsi üzrə təmsilçisi” yazılmalıdır.