Vəzifə funksiyaları:
- Rəhbərin inzibati idarəetmə fəaliyyəti istiqamətində məktub,sorğu və digər sənədləri tərtib etmək
- Rəhbərin göstərişi ilə təyin olunan vaxta və yerdə iclasın keçirilməsini təmin etmək
- İşgüzar yazışmaların və danışıqların aparılması.
- Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi, poçt və ya kuryerlə göndərilməsini təmin etmək
- Telefon zənglərinin cavablandırılması, məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara yönləndirilməsi
- Fayllar və sənədlərin effektiv təhvil verilməsini təmin etmək.
- Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi;
Vəzifəyə olan tələblər:
- Təhsil: Ali (İdarəetmə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə arzuolunandır).
- İş Təcrübəsi: Direktor köməkçisi, layihə koordinatoru və ya oxşar mövqelərdə minimum 2-3 illik təcrübə
- Kompüter bilikləri: Microsoft Office proqramları
- Dil bilikləri: Azərbaycan dili , Rus dili, (İngilis dili arzuolunan)
- Komanda ilə işləmək bacarığı
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
İş şəraiti:
- 6 günlük iş rejimi
- Əmək haqqı müsahibə əsasında razılaşma yolu ilə müəyyən ediləcəkdir.